İslamçılar piramidaları dağıtmağa hazırlaşır
Misir sələfilərinin lideri Şeyx Mərcan Səlim əl Cövhər televiziya verilişində piramida və Sfinks heykəlini büt adlandıraraq tarixi abidələrin dağıdılmasını tələb edib. Cövhəri 10 il əvvəl Taliban hərəkatının Əfqanıstandakı Budda heykəllərini dağıtdığını da xatırladıb.
İqtidardakı “Ənnahda” partiyasının sədr müavini verilişə telefonla bağlanaraq vətəndaşların piramidalara sitayiş etmədiyini və abidələri büt adlandırmağın yolverilməz olduğunu qeyd edib.
Misir Daxili İşlər Nazirliyi də Şeyx Cövhərinin çıxışına münasibət bildirib. Nazirlik piramidalara mümkün hücumlarla bağlı müdafiə tədbirləri atılacağını açıqlayıb.
Misirdə piramidalar başlıca gəlir mənbəyi hesab olunur. Ancaq ölkədə islamçıların getdikcə artan təsiri turizm işi ilə məşğul olanları narahat etməyə başlayıb. Bəzi sələfi qruplar turistlərə çimərlik paltarlarının və içkinin qadağan olunmasını tələb edirlər.
Fərid MİRZƏYEV

Oxşar xəbərlər
Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
16:00
23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu
16:00
22 sentyabr 2026
Naməhrəm - Alpay Azərin yeni hekayəsi
12:00
22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları
10:00
21 sentyabr 2026
Azadlıq quşu - Aron Tamaşinin hekayəsi
14:00
20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"
12:00
19 sentyabr 2026