“Məmməd Səid Ordubadi: taleyi və sənəti” kitabı nəşr olunub

“Məmməd Səid Ordubadi: taleyi və sənəti” kitabı nəşr olunub
12 noyabr 2012
# 11:41
Görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi ilə bağlı “Məmməd Səid Ordubadi: taleyi və sənəti” kitabı çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzərTAc-a bildiriblər ki, akademiyanın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsi tərəfindən nəşr edilmiş kitabda Məmməd Səid Ordubadinin (1872-1950) həyat və çoxşaxəli ədəbi fəaliyyəti, zəngin bədii yaradıcılığı, onun ədəbiyyat tariximizdəki əvəzsiz xidmətləri öz əksini tapıb.

“Əcəmi” nəşriyyat-poliqrafiya birliyində çap olunan yeni nəşrdə Azərbaycanda tarixi roman məktəbinin banisi Məmməd Səid Ordubadinin əsərlərinin mövzusu, janr xüsusiyyətləri, görkəmli dramaturqun yaşadığı dövr, qələmə aldığı şeirlər, hekayələri, tarixi romanları yer alıb.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşları tərəfindən Naxçıvan ədəbi mühitinin öyrənilməsi istiqamətində bir çox görkəmli ədib və alimlərin həyatı və yaradıcılıqları ilə bağlı yeni materiallar toplanılıb sistemləşdirilmiş və akademiyanın həqiqi üzvü İsa Həbibbəylinin elmi redaktorluğu ilə nəşr edilib.
# 2929 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər