"Mən Vətənimin imzasını daşıyıram..." - Alman yazıçıdan sitatlar

"Mən Vətənimin imzasını daşıyıram..." - Alman yazıçıdan sitatlar
14 sentyabr 2026
# 13:30

Bu gün alman yazıçı və şair Hüqo Ballın anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Burada (Kabare Volterdə) danışılan və oxunan hər bir söz azı bu bir həqiqəti ifadə edir: bu alçaldıcı əsr bizim hörmətimizi qazanmağa müvəffəq olmayıb.

***

Dəqiqlik başını götürüb cəhənnəmə gedə bilər.

***

Niyə bir ağaca Pluplusç adını vermək olmasın?

***

Əgər təmizliyi, nizamı və qanunu qəbul edirdinsə, deməli, polisi də qəbul etməli olurdun.

***

Önəmli olan məşq deyil, ilhamdır.

***

Mən Vətənimin imzasını daşıyıram və haraya getsəm, onunla əhatə olunduğumu hiss edirəm.

***

Ah, parıldayan işığın və tikanlı məftillərin, ilkin qüvvənin və uçurumun əsri!

***

Sənətkarın sirri qorxu və ehtiramdadır. Bizim dövrümüz isə bunları dəhşətə və ümidsizliyə çevirib.

***

Hər şey işləyir; bir tək insanın özü artıq işləmir.

***

Qüsursuz bəşəriyyət deyə bir şey yoxdur.

***

İnsan ürəyini alnına döyməlidirmi? Onda bütün dünya görərdi: ürəyi başına vurub. Mürəkkəb rəngində, ölüm kimi mavi, əzab dolu bir ürək olacağı üçün demək olar ki: ölüm onun başına vurdu. Biz sadəcə olaraq dəhşətin bizi nə qədər dərindən vurduğunu qeyd etməliyik.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 328 dəfə oxunub

Oxşar xəbərlər

İşıqlar sönəndən sonra - Yeni hekayə

İşıqlar sönəndən sonra - Yeni hekayə

11:00 25 sentyabr 2026
"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

13:30 24 sentyabr 2026
"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

10:00 24 sentyabr 2026
Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

11:20 23 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

12:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər