“111 film” kitabının təqdimatı keçirilib

“111 film” kitabının təqdimatı keçirilib
3 noyabr 2012
# 23:33
Azərbaycan Kinematoqrafçılar İttifaqında “Ölməzdən öncə izləməli olduğunuz 111 film” kitabının təqdimatı keçirilib.

Layihənin rəhbəri Şahin Xəlil kitabı “Kinomansan?” Fb səhifəsindən olan yoldaşları - Fərhan Hüseynli, Fəridə Paşa, Nərminə Haqverdiyeva, Rövşən Abbas və başqaları ilə birlikdə hazırlayıblar.

Tədbiri giriş sözü ilə açan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabarov kitabı Azərbaycan kinosunda inqilabi hadisə adlandırıb: “Kino təkcə yaxşı filmlər demək deyil, həm də festivallar, kino nəşrləri, xüsusi ilə tamaşaçının zövqünü formalaşdıran bu cür nəşrlərdir. Xüsusi ilə layihənin gənclərin öz təşəbbüsü ilə heç kimdən kömək gözləmədən nəşr etməsi xüsusi qeyd olunmalıdır”.

Kitaba ön söz yazan dramaturq və kinorejissor Rüstəm İbrahimbəyov da tədbirdə çıxış edib: “Şadam ki, Bakıda bir qrup gənc dünya kinematoqrafiyasının ən yaxşı filmlərindən ibarət "111 film" adlı bir kitab ərsəyə gətirmək qərarına gəldilər. Filmlərin seçimi, onlar haqda məlumat, onların ifadə edilməsi üsulu kitabın tərtibatçılarının zövqündən söz açır ki, fikrimcə bu da kitabı gənclər üçün daha da maraqlı edir. Belə bir kitabın Azərbaycanda ərsəyə gəlməsi şübhəsiz təqdirə layiq haldır”.

Kinoşünas Ayaz Salayev müəlliflərin film seçimini uğurlu sayıb: “Bu filmlər bizim dünyaya baxışımızı, həyat, haqqında təsəvvürlərimizi zənginləşdirir, tarixə və hadisələrin gedişatına tam yeni gözlə baxmağa imkan yaradır və bu onu sübut edir ki, bu toplunu yaradanlar həyat və mədəniyyət haqqında çox ciddi və dərin düşünməyə çalışır. Mən həmişə bizi əvəzedən nəslin bizdən daha da üstün olacağına inanmışam və bu toplu buna parlaq numünədir. Şəxsən mən bu topluya müqəddimə yazmağı özümə şərəf bilirəm və təşəbbüskarlara minnətdarlığımı bildirirəm”.

Tədbirin sonunda layihə rəhbəri Şahin Xəlil iştirakçılarla sevincini bölüşüb: ”Hesab edirəm ki, istəyimizə nail olmuşuq. Bu kitab hər bir kino sevərə hədiyyədir. Azərbaycanda kino sənətinə aid bu cür ensiklopedik-informatik kitab ilk dəfədir ki, nəşr olunur. Mənim üçün bu kitabın layihə rəhbəri olmaq böyük şərəfdir. İnanıram ki, "111 film" kitabı rəfinizdə ən sevimli kitablar sırasında duracaq. Kitabda olan dolğun məlumatlarla isə film zövqünüz bir az da təkmilləşib, kino sənətinə olan sevginiz daha da artacaq”.

Layihə rəhbəri növbəti layihənin “Hər ölkənin ən yaxşı filmi” olacaq anonsu verməyi də unutmadı.

“111 film”in kitab dükanlarında satışı nəzərdə tutulub.
# 2734 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər