iPhone 5 görüntüləri sızdırıldı

iPhone 5 görüntüləri sızdırıldı
26 aprel 2011
# 13:07
Tanınmış texnobloq “Engadget”-in eks baş redaktoru Coşua Topolski iPhone 5-in görüşündən yazıb. O, özünün “This is my next” adlı bloqunda iPhone 5-in təxmini görünüş rəsmini yerləşdirib.

Məlumata görə, yeni iPhone köhnə iPhone 4-dən daha qalındır. Telefonun əsasən arxasında aşağıdan yuxarıya doğru qalınlaşma olacaq.

Topolskinin etibarlı mənbəsinin dediyinə görə, yeni model iPhone 4-dən çox “iPod touch”-a bənzəyəcək.

Ekranın diaqonalı hər düyma 312 piksel olmaqla 3,7 düym olacaq. Qeyd edək ki, iPhone 4-də bu göstərici hər düyma 326 piksel olmaqla 3,5 düym (89 mm) idi.

Yeni telefon da Retina texnologiyası əsasında düzəldiləcək.
“Əsas menyu” düyməsi bir azca böyüdüləcək. Düymənin ətrafı sensor olub, istifadəçinin barmaqlarının “sözünə baxacaq”.
GSM və CDMA setlərinin dəstəyi ilə smartfon Qualcomm çipsetindən istifadə edəcək.
Topolski telefonun 2011-ci ilin payız aylarında çıxacağını güman etsə də, bəzi mənbələr Yaponiyadakı tsunami ilə bağlı Apple şirkətində material qıtlığı çəkdiyini və iPhone 5-in gələn ilə hazır olacağını iddia edir.
Günel Əsgərzadə
# 2363 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər