“Ozan dünyası” jurnalının yeni nömrəsi çıxıb

“Ozan dünyası” jurnalının yeni nömrəsi çıxıb
24 oktyabr 2012
# 09:41
Azərbaycan Aşıqlar Birliyinin təsis etdiyi “Ozan dünyası” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

AzərTAc xəbər verir ki, jurnalın bu nömrəsində aşıq sənətindən, ayrı-ayrı tanınmış aşıqlardan bəhs edən materiallar, şeirlər yer alıb.
“Aşıq sənəti tarixi missiya daşıyan bir sənətdir” sərlövhəli yazıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Əməkdar Elm Xadimi Nizami Cəfərov jurnalın redaktorunun suallarını cavablandırıb.

Aşıq sənətinin tanınmış ustadlarından biri olan Aşıq Kamandar Əfəndiyevin 80 illik yubileyi ərəfəsində aşıq haqqında Birliyin sədri, Xalq Şairi Zəlimxan Yaqubun, mərhum Xalq Şairi Xəlil Rza Ulutürkün, filologiya elmləri doktoru, professor Camal Mustafayevin, AMEA-ın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu direktorunun müavini Məhərrəm Qasımlının, təbrizli aşıq Əli Cavadpur İskanlının xatirələri yer alıb.

Jurnalda tanınmış alim, filologiya elmləri doktoru Qəzənfər Paşayevin 75 illik yubileyi ilə əlaqədar qələm dostlarının, tanınmış ziyalıların, idarə və təşkilatların alimə ünvanlanmış təbrikləri, 1961-ci ildə keçirilmiş aşıqların III qurultayının materialları və s. əksini tapıb.

Jurnalın baş redaktoru Musa Nəbioğludur.
# 2138 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər