Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub

Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub
17 oktyabr 2012
# 15:51
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda ənənəvi Beynəlxalq Caz Festivalının təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində keçirilən festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, bu günə kimi Bakıda keçirilən caz festivallarından danışıb və bildirib ki, bu gün caz sənəti Azərbaycan cəmiyyətinin, mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib: “2002-ci ildən Caz festivalı ölkəmizdə təşkil olunur. Son 6 ildə keçirilən festival hökumət dəstək olur. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət Fondunun birgə səyi nəticəsində layihənin həcmi, miqdarı və məzmunu dəyişib, daha da təkmilləşib. Artıq 10-cu dəfə keçirilən bu festivalın bizə dəyərli anlar verəcəyinə əminəm. Sevindirici haldır ki, bu gün caz musiqisi cəmiyyətimizin, mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Bizim caz ustalarımız rəsmi tədbirlərdə iştirak edirlər. Onlara fəxri adlar verilir. Bu gün cazmenlərimiz Azərbaycanın caz ənənələrini uğurla davam etdirirlər” .

Daha sonra səhnəyə 3 “Qrammy” sahibi, ən yaxşı bəstəkar və dünyanın ən yaxşı caz gitara ifaçısı adını alan amerikalı Mike Stern Babylon çıxıb. Qeyri-adi texnikaya malik ifaçı rok, caz və klassikanı ustalıqla uyğunlaşdıra bilib. Dünyanın məşhur gitaraçılarından biri olan musiqiçinin qrupunun heyətində: Bob Franceschini, azərbaycanlı Teymur Phell və Lionel Cordew olub. 2 saata yaxın qonaqlara xoş anlar yaşadan musiqiçi səhnəni tərk etsə də, sonrada yenidən səhnəyə qayıdaraq, daha bir neçə kompozisiya səsləndirib.

Xatırladaq ki, 10 gün ərzində Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər. Festival oktyabrın 25-dək davam edəcək.
Konsertlərin biletlərini mərkəzləşdirilmiş kassalardan əldə etmək olar.
# 2153 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər