“Deməyə sözümüz var”

“Deməyə sözümüz var”
12 oktyabr 2012
# 15:19
Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən həyata keçirilən və İREX Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən “Deməyə sözümüz var” Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsi çərçivəsində Gəncə şəhəri “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində “Deməyə sözümüz var” fotosərgisi təşkil edilib.

Fotosərgidə bu ilin aprel ayında Bakıda təşkil edilən “Foto jurnalistika” mövzusu üzrə təlimlərdə iştirak etmiş Bakı, Lənkəran, Bərdə və Naxçıvandakı orta və peşə təhsili məktəbləri, internat, liseylərdən, eləcə də, AUB nəzdindəki Uşaq Sığınacağından ümumən 25 nəfər yeniyetmə və gəncin foto işləri nümayiş etdirildi.

Fotolarda uşaqların gözü ilə sosial problemlər əks olunmuş, geniş ictimaiyyətin diqqətini həmin problemlərə cəlb etməyə çalışıb.

Qeyd edək ki, bu foto sərgi sentyabr ayında Biləsuvarda yerləşən Mübariz İbrahimov adına lisey-məktəb kompleksində təşkil edilmiş, noyabr ayında isə həmin foto işlər Bakı şəhərlərində də sərgiyə çıxarılacaq, həmçinin bu fotolar sosial şəbəkələrdə, digər yeni media vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaqdır.

Sözügedən layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artırmaq, onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökumət təşkilatlarına çatdırmağa kömək etməkdir.

Layihə bu ilin sonu başa çatacaq.
# 2111 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər