“Şəhvani həzlərlə doyduracağam səni, əriyib tükənənəcən...”

“Şəhvani həzlərlə doyduracağam səni, əriyib tükənənəcən...”
13 oktyabr 2012
# 07:15
Yazıçılar, filosoflar, siyasətçilər həm əsərləri, həm də məktubları ilə tarixdə qalıblar.

Bu məktublar bəzən kitablar şəklində çap olunub. Məsələn, çex yazıçısı Frans Kafkanın öz tərcüməçisi, sevgilisi Milenaya, Puşkinin həyat yoldaşına məktubları.

Kulis.az “Məşhur adamların məktubları” silsiləsindən sizə daha üç yazıçının məktublarını təqdim edir:


Qustav Floberin Luiza Koletə məktubu, 1846-cı il

“Sevgimlə qucaqlayacağam səni növbəti görüşümüzdə. Şəhvani həzlərlə doyduracağam səni, əriyib tükənənəcən. İstəyirəm ağlın başından çıxsın. Belə bir vəziyyəti xəyallarında belə qurmadığını etiraf et özünə… Qocalanda da xatırla həmin bir neçə saatı və iliklərinə qədər titrə”.

Virciniya Vulfun Vita Sekvil-Uestə məktubu, 1927-ci il

“Qulaq as Vita – o kişidən əl çək, Hampton Korta qaçaq, axşam yeməyimizi çay kənarında birlikdə yeyərik, ay işığında bağları gəzərik, bir şüşə şərab içib keflənərik, sonra da sənə başımda fırlanan milyonlarla, saysız-hesabsız şeylərdən danışaram – gündüzlər oyanmır onlar; ancaq qaranlıqda, çayın kənarında oyanır. Düşün bunları. Başından rədd elə bu kişini, başından rədd elə, gəl”.

Benjamin Franklinin Madam Brillona məktubu, 1779-cu il

“Madam Brillon,

Bu nə məsafədir, əzizim, sizinlə mənim aramda! Məndə min eyib görürsünüz, halbuki mən sizdə tək bir nöqsan görürəm (o da eynəklərimdən qaynaqlanmış ola bilər). Mən sizin şəfqətim, sevgim üzərində təkhakimiyyətlilik qurub, öz ölkənizin zərif məxluqlarından məhrum edən xəsisliyinizi nəzərdə tuturam.
Məhəbbətim (yaxud şəfqətim) azalmadan bölünə bilərmi, sizcə? Özünüzü aldatmaqla yanaşı, bilin ki, bu naz-qəmzəli hərəkətlərinizlə mənim də əlimi-qolumu bağlayırsınız. Bədəninizə toxunma ehtimallarını görməzlikdən gəlir, məni ancaq quru öpüşə məhkum edirsiniz. Pianodan məharətli barmaqlarınız vasitəsilə yüksələn bu ahəngdar tembr mənə bəxş etdiyiniz onlarla həzzə heç bir xələl gətirmədən eyni vaxtda iyirmi insanın qulağında xoş hisslər yarada bilər; mənsə, həddimi aşaraq, bu gözəl musiqiləri məndən başqa heç kimə bəxş etməməyinizi tələb edirəm şəfqətinizdən.

Həsrətlə,

Benjamin.”

Hazırladı: Rəna Nevzat
# 2416 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər