Prokuror Fərman Kərimzadənin oğluna 10 il iş istəyib

Prokuror Fərman Kərimzadənin oğluna 10 il iş istəyib
11 oktyabr 2012
# 15:49
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadə və onun tanışı Azər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, Ə. Kərimzadənin 10 il, A. Qurbanovun isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra isə təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyib.

Proses oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, avqustun 13-də Bakı şəhər, Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə dələduzluq faktı ilə əlaqədar şikayət daxil olub. Bakı şəhər sakini Muradov Elçin Dadaş oğlu bölməyə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. E. Muradov bildirib ki, Ə.Kərimzadə onun İstiqlaliyyət küçəsindəki mülkdə pay sahibi olmasını təsdiqlətdirəcək.

Ə. Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkilidir. O, Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.
# 3151 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər