“Varlı qadın” tamaşası “Tuqanlıq” festivalında

“Varlı qadın” tamaşası “Tuqanlıq” festivalında
13 sentyabr 2012
# 10:50
Başqırdıstanın paytaxtı Ufada keçirilən türk xalqlarının V “Tuqanlıq” Beynəlxalq Teatr Festivalı (6 – 13 sentyabr) çərçivəsində A. Salavatov adına Dağıstan Dövlət Kumık Musiqili Dram Teatrının kollektivi Əli Əmirlinin “Varlı qadın” komediyası ilə çıxış edib.

Ə. Əmirlinin verdiyi məlumata görə Başqırdıstan Akademik Rus Dram Teatrında oynanılan tamaşanın nümayişi uğurlu alınıb. 2011-ci ilin martından başlayaraq Kumık teatrının repertuarında özünə yer eləmiş “Varlı qadın” teatrın “ən çox baxılan” tamaşası kimi “Tuqanlıq” festivalına vəsiqə alıb.

“Varlı qadın”ın quruluşçu rejissoru Rusiyanın Əməkdar İncəsənət Xadimi İslam Qazıyevdir. Əsas rollarda teatrın aparıcı aktyorları Rusiyanın Əməkdar artisti Baysoltan Osayev, Dağıstanın Xalq artistləri Tutuxanım Osayeva, İmaməddin Akauddinov, Məmmədkamil Cabukov, Nəriman Akavov və başqaları çıxış ediblər.

Ölkəmizdə və bir çox xarici ölkələrin teatrlarında iyirmiyə yaxın premyerası olmuş “Varlı qadın”ı Tacikistanın Dövlət Gənclər Teatrı da 2008-ci ildə Orta Asiya Ölkələrinin II Beynəlxalq Teatr Festivalına çıxarıb. Alma-Atada keçirilən həmin festivalda “Varlı qadın” iki nominasiya üzrə festivalın qızıl medalına layiq görülüb.
# 1694 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər