Viktor Hüqonun eşitdiyi ən gözəl tərif

Viktor Hüqonun eşitdiyi ən gözəl tərif
7 sentyabr 2012
# 10:56
Jurnalistlərdən biri Viktor Hüqodan soruşur:

- İndiyə kimi əsərlərinizi, sizin özünüzü çox tənqid ediblər və çox göylərə qaldırıblar. Bunlar arasında sizi ən çox hansı məmnun edib?

Hüqo cavab verir:

- Qarlı bir qış gecəsiydi. Dostlarla yaxşı yeyib içmişdik. Evim yaxın olduğuna görə piyada qayıdırdım. Tualetə getmək istəyirdim. Addımlarımı sürətləndirib evimin qapısına çatdım. Qapı bağlıydı. Var gücümlə qulluqçunu çağırdım: “İqoooooor!” Dəfələrlə qışqırmağıma baxmayaraq İqor məni eşitmirdi. Sidik kisəm Atlantik okeanı boyda olmuşdu. Az qala altımı batıracaqdım. Qocalmışdım daha. Çarəsiz şəkildə, həyətin divarına yaxınlaşdım. Ətrafa göz gəzdirdim. Heç kim görsənmirdi. Şalvarımın qabağını açdım və işəməyə başladım. Elə həmin an arxamda bir at arabası dayandı. Tərpənmədən sakitcə işəyirdim.

Arabaçı qəzəbli şəkildə üstümə qışqırdı:

- Ay oğraş, o işədiyin divar “Səfillər”i yazan Viktor Hüqonun divarıdır!

Həyatımda özüm haqqında eşitdiyim ən xoş söz bu idi...
# 3423 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər