Yazıçıdan Şahbaz Xuduoğluna ciddi ittiham

Yazıçıdan Şahbaz Xuduoğluna ciddi ittiham
16 avqust 2012
# 10:46
“”Qanun” nəşriyyatının baş direktoru Şahbaz Xuduoğlu müəllifi olduğum kitabın adını məndən xəbərsiz dəyişib. O yəqin ki, kitabın daha çox satılması üçün belə edib, ancaq mən Şahbaz bəydən kitabın adını dəyişməməsini xahiş etmişdim”. Bu sözləri Kulis.az saytına verdiyi açıqlamada Türkiyədə yaşayan yazar, “Səddamın oğlunu sevdim” kitabının müəllifi Sevinc Məhərrəm deyib.

Sevinc Məhərrəm onu da bildirib ki, adıçəkilən kitab 2004-cü ildə “Şahidim palmalar” adı ilə çap olunub: “Kitabın “Səddamın oğlunu sevmişdim” adı ilə çap edilməsindən xəbərim olmayıb. Şahbaz bəydən dəfələrlə xahiş etmişdim ki, Səddamın adını atmasın ortaya. Sözümü ciddi qəbul etməyib. Şahbaz bəy məni çox təəccübləndirdi. Mat qalmışam, bilmirəm gülüm, yoxsa ağlayım, məni rüsvay edib Şahbaz”.

İttihamlara münasibət bildirən Şahbaz Xuduoğlu deyib ki, bu barədə Sevinc Məhərrəmin özü ilə danışıb: “Mən ona dedim ki, kitabları satışdan yığışdıra bilərik”.

Şahbaz Xuduoğlu bildirib ki, kitabçılıq baxımından səhvə yol verdiyini düşünmür: “Kitabın daha çox satılması üçün belə variantlardan istifadəyə normal yanaşmaq olar. Ancaq kitabın adı müəllifin şəxsi həyatına problem yaradıbsa, səhvi etiraf etmək lazımdır. Başqa bir məqam da var: “Səddamın oğlunu sevmişəm” bədii əsərdir, yazıçının təxəyyülünün məhsuludur, bunu hamı, elə müəllifin özü də nəzərə almalıdır”.

Ramilə Qurbanlı
# 2848 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər