“Azadlıq üçün soyundum”

“Azadlıq üçün soyundum”
21 aprel 2011
# 12:07
Almaniyada yaşayan türk aktrisası Sıla Şahin “Playboy” jurnalının növbəti sayı üçün çılpaq şəkillər çəkdirib.

“The İndependent” qəzetinin yazdığına görə aktrisa özünü qürurla Almaniya türkləri arasında belə cəsarətli addım atan ilk qadın sayır.
25 yaşlı Şahin Alman telekanallarından birində yayımlanan “Yaxşı dövrlər, pis dövrlər” serialındakı rolu ilə məşhurlaşıb.

Sıla Şahin çılpaq fotolar çəkdirməsini uşaqlıqda ailəsi tərəfindən sıxışdırılması və indi isə hər şeydən tamamilə azad olmaq istəyi ilə izah edib.

Bundan başqa Şahin bütün müsəlman qızlarını ondan nümunə götürməyə çağırıb.

Playboy jurnalı üçün çəkdirdiyi fotolardan sonra Şahinin ailəsi ilə konflikti yaranıb.

Aktrisanın sevgilisi Jorn Şlenvoyt isə sevgilisini müdafiə edərək deyir ki, Sılanın bədəni gözəl olduğundan onu ictimaiyyətdən gizləmək cinayət olardı.

Hərçənd Şahinin çılpaq fotolar çəkdirməsi sevgilisi üçün də gözlənilməz olub. Şahin ona planları haqda Şri-Lankaya çəkilişlərə gedəndən sonra deyib.

Sila Şahinin sözlərinə görə, valideynləri onun bu addımından narazı qalıblar.

Şahinin aktyor olan atası daha çox türk və müsəlman cəmiyyətlər tərəfindən səsləndirilən ittihamlara görə əsəbləşib. Anası isə indiyə kimi qızını danışdırmır.

Rəna Nevzat
# 2465 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər