Musiqiçilərimiz Qahirə festivalında iştirak ediblər

Musiqiçilərimiz Qahirə festivalında iştirak ediblər
10 avqust 2012
# 09:26
Bakı-APA. 29 iyul - 8 avqust tarixlərində Qahirədə keçirilən V Səma Beynəlxalq Musiqi festivalında Azərbaycan Respublikasını kamança ustası və müğənni Mehri Əsədullayeva və onu müşayiət edən truppa təmsil edib. Bu barədə APA Azərbaycanın Misirdəki səfirliyinə istinadən məlumat verir.

Festivalda Azərbaycan ilə bərabər, Türkiyə, ABŞ, Fransa, Çin, Hindistan, İraq, Pakistan, Ukrayna, Yəmən, İspaniya, Ekvador, Zambiya, Bosniya-Herseqovina, İndoneziya və digər dövlətlər təmsil olunublar.

Ramazan ayı müddətində keçirilən Səma musiqi festivalı Misirdə və Yaxın Şərq regionunda ən böyük miqyaslı və nüfuzlu festivallardan biri hesab olunur.

Festival çərçivəsində Mehri Əsədullayeva Misirin “Məhəmməd Əli” və “Əl-Quturi” kimi möhtəşəm saraylarında keçirilən konsert proqramlarında çıxış edərək, incə və zərif Azərbaycan musiqisi parçaları vasitəsilə tamaşaçıların qəlbini oxşayıb.

Festivalın rəhbəri tərəfindən “dünyanın ən istedadlı qadın kaman ustası” kimi təqdim olunan Mehri Əsədullayevanın kaman ifası tamaşaçılar tərəfindən xüsusi diqqətlə izlənib.

Festival çərçivəsində 8 avqust tarixində “Bütün dünyaya sülh” adı altında keçirilən son konsertdə Azərbaycan musiqisinin festivalda iştirak edən digər ölkələrin musiqisi ilə həmahəng təqdimatı tamaşaçılar tərəfindən xüsusi maraq və sevgi ilə qarşılanıb.

Festival və Azərbaycan sənətkarlarının ifası Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.
# 2421 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər