Gəncədə “Mütaliə həftəsi” çərçivəsində kitab sərgisi təşkil olunub

Gəncədə “Mütaliə həftəsi” çərçivəsində kitab sərgisi təşkil olunub
7 avqust 2012
# 15:20
Gəncədə “Mütaliə həftəsi” layihəsi çərçivəsində kitab sərgisi təşkil olunub. APA-nın Qərb bürosunun məlumatına görə, tədbirin keçirilməsində məqsəd sakinlərin kitaba olan marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir.

Sərgidə son illər Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna daxil olmuş yeni kitablar nümayiş etdirilib. Bu kitabların əksəriyyəti Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında nəfis tərtibatda nəşr olunmuş dünya və Azərbaycan ədəbiyyatının nümunələridir.

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sərəncamı ilə bu il Gəncədə “Kitabxanalar İli” elan olunub. Bununla əlaqədar Gəncədə kitabxana işinin təşkili ilə bağlı monitorinqlərin keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi və multimedia fondlarının yaradılması nəzərdə tutulur.

Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 400 mindən artıq kitab var. Onlardan 51 min kitab latın qrafikası ilə nəşr olunmuş əsərlərdir.
# 2068 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər