Madonna daha bir qalmaqalda

Madonna daha bir qalmaqalda
14 iyul 2012
# 15:02
Fransada "Milli Cəbhəsi" partiyası dünyaşöhrətli müğənni Madonnanı məhkəməyə verməyə hazırlaşır. Ultra-sağçılar Madonnanın öz konsertlərində partiyanın lideri Marin Le-Penin simasında faşist embleminin peyda olmasını, daha sonra isə onun obrazının Hitlerin sifətinə çevrilməsini əks etdirən videomarxdan istifadə etməsindən hiddətləniblər. Daha əvvəl də Marin Le Pen həmin çarxın Fransadakı konsertdə göstəriləcəyi təqdirdə pop-ulduzu məhkəməyə verəcəyi ilə hədələmişdi. Lakin ötən həftəsonu Madonnanın "Stad de Frans" arenasındakı konsertində klip heç bir dəyişiklik edilmədən göstərilib.

"Biz məhkəməyə müraciət edəcəyik, çünki Marin Le Penin ləyaqətinə toxunulub, onunla birlikdə bütün partiyanın, bütün tərəfdarlarımızın, milyonlarla seçicilərimizin şərəfi alçaldılıb. İstənilən siyasətçi belə hərəkət edərdi, Marin Le Pen də bunu belə qoymayacaq", - deyə "Milli Cəbhə"nin sədr müavini Florian Filippo məsələyə münasibət bildirib.

Pop-ulduz Madonna Fransada siyasi qalmaqala hələ iyunun əvvəllərində, sözügedən klipi İsrailin paytaxtı Təl-Əvivdə göstərdiyi vaxt səbəb olub. Həmin vaxt fransız ultra-sağçılar bəyan etmişdilər ki, "qocalmaqda olan pop-diva bu cür rüsvayçı hərəkəti ilə bir vaxtlar malik olduğu populyarlığını geri qaytarmaq istəyir".

Anspress.com
# 2760 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər