Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında
31 avqust 2026
# 13:40

Azərbaycanın zəngin mədəni irsi, musiqisi, rəqsləri, mətbəxi və adət-ənənələri Norveçdə keçirilən müxtəlif mədəniyyət festivallarında nümayiş olunub.

Kulis.az xəbər verir ki, Oslo Azərbaycan Evi və Norveç-Azərbaycan Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə paytaxt Osloda “Qafqaz mədəniyyəti - 2026” adlı festival keçirilib.

Azərbaycan və Qafqaz xalqlarının mədəni müxtəlifliyinin nümayiş etdirildiyi festivalda soydaşlarımızla yanaşı, müxtəlif icmaların nümayəndələri və yerli ictimaiyyətin üzvləri iştirak edib. Festivala Azərbaycandan dəvət olunan Ritm Rəqs Qrupunun rəqqaslarının ifaları böyük maraqla qarşılanıb.

Drezden Simfonik Orkestrinin solisti, Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ifaçısı Şəbnəm Hüseynin Azərbaycan milli musiqilərini səsləndirməsi festivalın bədii proqramına rəng qatıb. Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin şagirdlərinin Vətənə və sülhə həsr etdikləri mahnılar, şagird Səlim Abbaszadənin milli dəyərlərimizi əks etdirən rəsmləri xüsusi marağa səbəb olub.

Festivalda Azərbaycanın dövlət rəmzlərindən, kəlağayı nümunələrindən, milli atributlardan və digər müxtəlif eksponatlardan ibarət sərgi də təşkil olunub. Sərgi festival iştirakçılarına Azərbaycan xalqının zəngin mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıb.

Osloda Azərbaycanın milli-mədəni irsinin tanıdıldığı digər tədbir müxtəlif xalqların mədəniyyətini, musiqisini və adət-ənənələrini bir araya gətirən ERAS Festivalı olub.

Festivalda Ritm Rəqs Qrupunun təqdimatında milli rəqslərimiz sürəkli alqışlarla qarşılanıb. Kamança ifaçısı Şəbnəm Hüseynin ifasında Azərbaycan milli musiqilərinin səsləndirilməsi isə çıxışın bədii təsir gücünü zənginləşdirib.

Musiqi və rəqs proqramının ardınca Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev iştirakçılara Azərbaycan musiqisi və mədəniyyəti haqqında geniş məlumat verib. O, qonaqları Azərbaycana gələrək ölkənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmağa dəvət edib.

Azərbaycan mədəniyyətinin təqdimatı Norveçdə “Dünyanın uşaqları” adlı mədəniyyət festivalında da davam edib.

Norveç-Azərbaycan Gənclər Təşkilatının (NAYO) iştirak etdiyi festivalda Azərbaycanın zəngin mədəni irsi, milli musiqisi və rəqsləri haqqında məlumat verilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Oslo Azərbaycan Evinin dəvəti ilə festivalda iştirak edən Ritm Rəqs Qrupunun rəngarəng ifaları tədbirin unudulmaz anlarından sayılıb.

# 637 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər