”Azdrama” səhnəsində Viktor Hüqo

”Azdrama”  səhnəsində  Viktor Hüqo
23 sentyabr 2011
# 11:44
Akademik Milli Dram Teatrının səhnəsində yeni tamaşaların məşqləri gedir.

Kulis.az-ın məlumatına görə teatrın tamaşa zalının səhnəsində Türk yazıçısı Sadıq Şendilin “Qanlı Nigar” pyesinin son məşqləridir. Tamaşanın rejissoru Namiq Ağayevdir. Baş rolda xalq artisti Firəngiz Mütəllimova oynayır. Bu tamaşa Milli Dram Teatrının səhnəsində ikinci dəfə hazırlanır. Birinci quruluşda baş rolu Amalya Pənahova oynamışdı.

Tamaşanın premyerası oktyabrın ilk günlərində olacaq.
İlyas Əfəndiyevin “Boyçiçəyi” (“Sən həmişə mənimləsən”) pyesinin məşqləri isə hələ səhnədə deyil, kiçik zalda aparılır.

Azərpaşa Nemətovun quruluş verdiyi tamaşada Həsənzadə rolunda Fuad Poladov çıxış edəcək. Milli Dram Teatrında tamaşaçıları başqa premyeralar da gözləyir. Viktor Hüqonun “Mariya Tüdor” əsəri əsasında “Qadın məhəbbəti” tamaşasına Gəncə Dövlət Dram Teatrının baş rejissoru Gümrah Ömər quruluş verir.

Baş rolu xalq artisti Məleykə Əsədova canlandıracaq. Rejissor baş rejissoru olduğu Gəncə teatrında Axundovun “Müsyo Jordan Dərviş Məstəli şah” əsərinin tamaşasını təhvil vermək üzrədir. O səbəbdən “Mariya Tüdor” üzərində qızğın işlərə oktyabır ayından start verəcək.

Gürcü dramaturqu Avksenti Saqarelinin “Xanuma” pyesi isə Milli Dram Teatrında “Yengələr” adı ilə səhnələşdiriləcək. Baş rol Bəsti Cəfərovaya həvalə olunub.

Ramilə Qurbanlı
# 2002 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər