Azərbaycan “Qızıl Portağal” Festivalının qonağı olacaq
Festival çərçivəsində nümayiş etdiriləcək filmlərimizin adları açıqlanıb
Türkiyənin “Oskar”ı sayılan, Antalya Böyükşəhər Bələdiyyəsi və Antalya Mədəniyyət və Sənət Dərnəyinin birgə təşkil etdiyi Beynəlxalq Antalya “Qızıl Portağal” Festivalının “Avrasiya Bədii Filmləri” bölümünün builki qonaq ölkəsi Azərbaycan olacaq.
Antalya Mədəniyyət və Sənət Dərnəyinin yazılı açıqlamasında qeyd olunub ki, 2008-ci ildə 100 yaşı tamam olan Azərbaycan kinosunun seçmə filmləri festival çərçivəsində filmsevərlərə təqdim olunacaq.
Azərbaycan “Avrasiya Bədii Filmləri” bölməsində 5 filmlə təmsil olunacaq. Bura ssenarisini İbrahim Rüstəmbəyovun qələmə aldığı “Əlvida cənub şəhəri”, İlqar Nicatın “Buta”, Samir Kərimoğlunun “Niyyət-niyyət”, Yavər Rzayevin “İlahi məxluq-Müqəddəs heyvan”, İlqar Safatın “Sahə-polis” filmləri daxildir.
Azərbaycandan dəvət edilən tanınmışlar sırasında ssenarist İbrahim Rüstəmbəyov da var. Ona festivalda mükafat təqdim olunacaq.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?
18:40
25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
16:00
23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu
16:00
22 sentyabr 2026
Naməhrəm - Alpay Azərin yeni hekayəsi
12:00
22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları
10:00
21 sentyabr 2026
Azadlıq quşu - Aron Tamaşinin hekayəsi
14:00
20 sentyabr 2026