“Polislər də məni dinləmək istəyər, amma…”

“Polislər də məni dinləmək istəyər, amma…”
15 sentyabr 2011
# 03:00
“Küçədə ifa etməyin ləzzəti ayrıdır. Burda adam özünü fərqli hiss edir. İnsanlarla birbaşa ünsiyyətdə olursan. Müxtəlif tiplərlə qarşılaşırsan. Bu da adamı işləmək üçün həvəsləndirir. Yeni-yeni ideyalar verir”.

Bakının mərkəzi küçəsində, “Sahil” metrostansiyasının çıxışındakı küçədə skripka ifa edən 24 yaşlı Denis Feofontov belə deyir.

Yaxınlaşan kimi məni gülərüzlə salamlayır. Müsahibə almaq istəyimi xoş qarşılayır.

Denis Ukraynada doğulub, hazırda Rusiyada yaşayır. İki həftədir ki, dostları ilə Bakıya gəlib. Denis bu səfəri “küçə qastrolu” adlandırır. Amma təkcə küçələrdə ifa etmir.

Şəhərdə bir neçə klubda da ifa edir. Hətta bir dəfə onu şadlıq evinə də aparıblar.


“Bakı – Avropa şəhəridir”


“Bakıda ikinci dəfədir oluram. Şəhər çox xoşum gəlir. Avropa şəhərlərini xatırladır. Avropa ölkələrində çox olmuşam. İspaniyada, Portuqaliyada, İtaliyada, Avstriyada, Moldovada, Macarıstanda, Cənubi Koreyada da. Azərbaycanda insanların reaksiyası da məni qane edir. Yəqin, xoşlarına gəlməsəydim, məni şəhərinizdən qovardılar”.


“Polis imkan versə...”


“Hava yaxşı olanda şəhərin gur yerində dayanıb skripkamda ifa edirəm. 15-20 dəqiqə sonra hardansa polis peyda olur. Mənə deyir ki, yığışdır, çıx get. Mən də sakitcə skripkamı qoltuğuma vurub gedirəm. Gəzdiyim ölkələrin heç birində belə halla rastlaşmamışam. Niyə polis imkan vermir küçədə ifa etməyə? Hər şey yaxşıdır, amma bu azadlıq da olsaydı, lap yaxşı olardı”.

Denis deyir ki, Rusiyada, Avropada sakitcə oturub istədiyin alətdə ifa edirsən.

“Mən polisləri də başa düşürəm. Onlar da işləməlidirlər. Bəlkə, onlar da məni dinləmək istəyirlər. Amma polislər onlara tapşırılanı yerinə yetirir”.

Denis deyir ki, bu gün bəxti gətirib. Hələ dəyib-toxunan yoxdur.


Toyda caz


Denisi bir dəfə tanışları vasitəsilə Bakıda toya da aparıblar. Skripkaçı deyir ki, toy adət-ənənəmiz xoşuna gəlib: “Birinci dəfəydi ki, belə saray görürdüm. Sanki sultanların sarayı idi. İnsanlar çox əylənirlər. Burda toy bizdəkindən daha şən keçir”.

O, Azərbaycan musiqiləri ilə tanış olsa da, ifa etmək onun üçün çətindir. Ona görə də toyda caz ifa edib.

Səhər-səhər işə tələsənlər arada addımlarını yavaşladıb bu gənc, pozitiv skripkaçıya qulaq asırlar.

Kimisi əlini cibinə atıb 40-50 qəpik skripkanın qutusuna atır.

Bakılılar şəhərdə qarmon, kamança, gitara, tütək çalan görmüşdülər. Skripkaçı onlar üçün yenidir. Yəqin bakılıları da cəlb edən məhz budur.


Elmin HƏSƏNLİ

Küçə musiqiçiləri haqda bunları da oxu:

4 sərsəri Bakıda günə 50 manat qazanır

“Xalqlar dostluğu”ndakı sənətkar


# 2339 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər