Con Lennonun sözləri satılır
“Bitlz” qrupunun solisti Con Lennonun əllə yazdığı “Lusi brilyanlarla göydə” mahnısının sözləri hərraca çıxarılır. Kulis.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, Beverli Hillsdə yerləşən hərrac evində satılacaq əlyazmanın qiyməti 200 min dollardan başlayacaq. Hərrac mayın 14-ü və 15-i keçiriləcək.
Əlyazmada təkcə mahnı sözləri yox, həm də bir şəkil təsvir olunub. Kobud çəkilmiş şəkildə 4 nəfər pərdələr və pəncərələri olan otaqda təsvir olunub.
1967-ci ildə popularlaşan mahnı vaxtında xeyli səs-küyə səbəb olub. Belə ki, mahnıdakı sözlərin baş hərfləri – “Lucy in the Sky with Diamonds”- LSD narkotiki mənasını verir. Lennon isə bunu danıb və başqa açıqlama verib: “Oğlum bir şəkil çəkmişdi. Gətirib mənə göstərib dedi ki, bu Lusidir, göydəki brilyantlarla”.
Lennon bu sözlərdən təsirlənərək bu mahnını yazdığını bildirib. Hətta 2007-ci ildə Lusi Vodn adlı ingilis qadınının bu mahnının mənbəyi olduğu aşkarlanıb. Bundan iki il sonra 2009-cu ildə Lusi vəfat edib.
Qeyd edək ki, mahnının daxil olduğu albom “Rollinq Stounz” jurnalının keçirdiyi sorğuda 500 ən yaxşı albom siyahısına düşüb.

Oxşar xəbərlər
Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
16:00
23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu
16:00
22 sentyabr 2026
Naməhrəm - Alpay Azərin yeni hekayəsi
12:00
22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları
10:00
21 sentyabr 2026
Azadlıq quşu - Aron Tamaşinin hekayəsi
14:00
20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"
12:00
19 sentyabr 2026