Dünyanın ən gözəl inqilabçısı:

Dünyanın ən gözəl  inqilabçısı:
26 avqust 2011
# 11:39
Altı ay əvvələ kimi kimsə tərəfindən tanınmayan çilili tələbə, 23 yaşlı Kamila Vallejo indi “Çili Qışı” adı verilən xalq hərəkatının liderinə çevrilib.

Onun daha keyfiyyətli və ucuz təhsilə çağırışla başlatdığı tələbə etiraz aksiyası qısa zaman ərzində xalq hərəkatına çevrildi.

Ərəb ölkələrində “Bahar” adını qazanan üsyanlar cənub yarımkürəsində yerləşən Çili üçün “Qış” olaraq təqdim olunur. Burnunda pirsinq olan “Komutan Kamila” ölkədəki xalq üsyanının simasına çevrilib. Bütün nəqliyyat işçiləri və dövlət məmurları onun çağırışına qulaq asaraq tətillərə başlayıblar və 2 ölkəni “iflic vəziyyəti”ndə qoyublar.

Kamila təkcə milyarder sahibkar Sebastian Pineranın prezidentliyini deyil, bütün Çili siyasi elitasının hegemonluğunu əllərindən alıb. İctimai sorğulardan məlum olub ki, Pineranı istəyənlərin sayı 26 faizə qədər azalıb. “Kamilanın öldürülməsi ilə etiraz dalğası yatışar” deyən Mədəniyyət Naziri Tatyana Akunya istefaya göndərilib.

Kamilya ölüm təhdidləri səbəbindən polislər tərəfindən qoruma altına alınıb. Hökumət Valejounu etirazlarından sonra tələbə kreditlərinin faizini 6.4-dən 2-yə endirib. Gözəlliyinə görə isə o, virtual dünyada kulta çevrilib. Boliviya prezidentinin köməkçisi Alvaro Qarsiya Linera “hamımız ona aşiqik” deyib.

Vüqar Qurdqanlı
# 2779 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər