“Azərbaycanın səs irsi” elektron bazası yaradıldı

“Azərbaycanın səs irsi” elektron bazası yaradıldı
26 avqust 2011
# 11:20
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının fondunda saxlanılan köhnə, cızılmış və sıradan çıxmaqda olan vallar CD disklərə köçürülür.

Kulis.az AzerTAc-a istinadən bildirir ki, bu işləri həyata keçirmək üçün bu mədəniyyət ocağında “Azərbaycanın səs irsi” elektron bazası yaradılıb. Artıq Azərbaycan klassik musiqiçilərinin 500-ə yaxın əsəri CD-lərə köçürülüb.

Disklərin təqdimatı sentyabr ayında olacaq. Bu layihə çərçivəsində “Azərbaycanın səs irsi” adlı kataloq da buraxılıb. Kataloq Azərbaycan Milli Konservatoriyasına, musiqi məktəblərinə, mütəxəssislərə göndəriləcək.

Həmçinin kitabxanada Azərbaycan ədəbiyyatının arxivi şöbəsində olan nadir kitabların elektron versiyası da yaradılıb. Yaxın vaxtlarda elektron layihə geniş ictimaiyyətə təqdim olunacaq.
# 2076 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər