Nobel Sülh Mükafatının yeni namizədi

Nobel Sülh Mükafatının yeni namizədi
12 avqust 2011
# 12:09
Bu il Nobel Sülh mükafatına yəhudi əsilli dirijor və pianist Daniel Barenboymun namizədliyi irəli sürülüb.

Kulis.az AFP-yə istinadən bildirir ki, yəhudi əsilli dirijorun mükafata namizədliyi “musiqidən Yaxın Şərqdə sülhün bərqərar olması məqsədi ilə istifadə etməsi”nə görə irəli sürülüb.

69 yaşlı dirijorun namizədliyinin təsdiqi isə avqustun 17-də Buenos-Ayresdə olacaq. Argentina və ispan vətəndaşlığı olan Barenboymun namizədliyini Argentinada 2,5 min insan dəstəkləyib. Ona dəstək nitqi ilə çıxış edəcək insanlar arasında Uruqvayın eks-prezidenti Xulio Maria Sanqinetti və argentinalı yazıçı Xuan Xose Sebreli də var.
Daniel Barenboym Argentinada doğulub və sonradan ailəsi ilə İsrailə köçüb. 1999-cu ildə ərəb və yəhudi musiqiçilərdən ibarət “Şərq-Qərb divan” orkestrını yaradıb.

Barenboym dəfələrdə Qəzada, Fələstində, Cənubi Koreya və KXDR-in sərhəd bölgələrində konsertlər verib. Fələstin və İsrail arasında sülh yaratma səylərinə görə BMT-nin fəxri səfiri seçilib.
Nobel Sülh Mükafatı 1901-ci ildə təsis olunub. Keçən il bu mükafatı çinli dissident Lyu Syaobo alıb.


Günel ƏSGƏRZADƏ
# 1998 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər