Emi Uaynhausun dostları müsahibə verdi

Emi Uaynhausun dostları müsahibə verdi
8 avqust 2011
# 13:47
Bu yaxınlarda dünyasını dəyişmiş Emi Uaynhausun dostları Kristian Marr və Arki Rid İngiltərənin “Daily Mail” qəzetinə müsahibə veriblər. Dostları onun geyim dizayneri Aleksandr MakKuinə nifrətindən, onu narkotikə kimin aludə etdiyindən danışıblar.

Yeri gəlmişkən, Arki Rid dizayner Aleksandr MakKuin ilə sevgili olub.

Emi ilə MakKuin arasında soyuqluq münasibətlər varmış: “Aleksandr bir partidə Emini təhqir etdi. Sonra üzr istəmək məqsədi ilə ona 15 min funt sterlinq dəyərində bir paltar yolladı. Ancaq Emi onu bir partidə ocağa atıb yandırdı. “Selfridges” dükanında gördüyü bir MakKuin paltarının üzərinə isə əlindəki mayeni dağıtdı. İşçilər ona paltarın pulunu verməli olduğunu dedi. O isə: “Pulu nə qədərdisə, verəcəm, amma MakKuinə paltarını məhv etdiyimi çatdırın” - deyib”.

Dizayner MakKuin özü də narkotik maddələrin istifadəçisi olub və keçən il 40 yaşında evində ölü tapılıb. 18 yaşında orientasiyasını dəyişib və bunu heç vaxt gizlətməyib.

Rid həmçinin Eminin narkotikə onu köhnə əri Bleyk Fielder-Sivilin öyrəşdirdiyini vurğulayıb: “Evlilikdən əvvəl o yalnız içki və marixuanadan istifadə edirdi. Narkotikin təsiri altında saatlarla oturub güzgüyə, ya da evlilik fotolarına baxardı. Sonra gitarasını götürüb yeni mahnılar yazardı. Ən yaxşı mahnılarını narkotikin təsirində yazmışdı”.


Müğənninin “Məni həqiqətən ağladan tək insan” deyə təqdim etdiyi dostu Kristian Marr isə onun son vaxtlar narkotik əvəzinə ağ şərab içdiyini açıqlayıb: “Ölməmişdən bir gün əvvəl mesaj atdı. Ruhi halı yaxşı idi, amma çox içirdi. Narkotikin onu ölümə apardığını bilirdi”.

Günay ƏSGƏRZADƏ
# 2128 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər