Teoman musiqidən getdi

Teoman musiqidən getdi
4 avqust 2011
# 21:29
Türkiyənin rok ulduzu Teoman musiqidən getdiyini bildirib.

Onun rəsmi saytında bununla bağlı açıqlama verlib. Teoman yazdığı məktubda müəmmalı musiqidən niyə getdiyini konkret deməsə də, problemləri olduğunu, yorulduğunu bildirib.

Kulis.az “Haberturk.com”a istinadən Teomanın yazdığı açıqlamanı təqdim edir.

“Əziz dostlar, musiqini buraxıram.

Ya çox uzun bir müddətə, ya da böyük ehtimalla, heç vaxt geri gəlməmək şərtilə. 3 sentyabrda Berlində axrıncı konsertimi verəcəm.

Səbəbini izah edim.

Sənətçi deyilən şəxs dünyayla həll edə bilmədiyi bir problemini, başqalarına çox axmaqcasına görsənən bir işi vacib hesab edərək həll etmək yoluna girişən adamdır.

Mənim nümunəmdə gitara çalmaq, mahnı oxuxmaq və s. şeylər olur, bu axmaq işdi.

Amma mən mahnı yazmaq məsələsini həmişə çox vacib hesab edirdim. Xəyyallarımdakı qəhrəmanlarla yarışa girir, bu dünyaya enmirdim.

Çox sevdiyim mahnılarımı yazırdım. Olduğum kimi qalmaq üçün çox mübarizə aparmışam. Çox çalışmışam.

Bir neçə prinsipim olub. Onları qorumağa çalışmışam. Həmişə istədiyim qədər yaxşı insan ola bilməmişəm. Amma cəhd etmişəm.

Yeniyetmə vaxtlarımdan bu ölkədə rok musiqisinə dair xəyyallar qurub harda nə varsa izləmişəm, arxasınca düşmüşəm. Xəyal olduğunu bilə-bilə inanmışam.

Nəysə...

Artıq bu xəyal mənə bəs etmir. Mən və dostlarım xəyal qırıqlığına uğramışıq.

Azadlıq və reallıq hisslərinin arxasınca düşmüşdüm. Bütün bu xəyalları yalnız səhnədə yaşamaq mümkündür.

Dostlarımda olan xəyal qırıqlığı məndə də var.

Qərara gəldim ki, önümüzdəki il yarım ərzində musiqini tərk edim. Digər bəzi xəyallarımı gerçəkləşdirim. Əvvəlcə qərarımı gizli saxladım. Heç kimə demədim. Hətta yanımda işləyənlərə də yalan dedim.

Amma son dövrlərdə çox yorulduğumu görürəm. Ona görə də bəsdir deyirəm. Əslində düzəlməsi uzun illər sürəcək problemləri həll etməyi il yarımlıq çərçivəyə salmaq istəmirəm.

Əslində bir əhəmiyyəti yox idi, həyatın reallıqları ilə məşğul olmamaq üçün xəyal edilmiş şeylər idi.

İnanmaq hər zaman asan olmur.

Beləcə, boş yerə özümü də, mənimlə işləyən dostlarımı da yormamağa qərar verdim. Özümü yorarkən, onları da çox yorub üzmüşəm. Hamısına çox təşəkkür edirəm.

Sizlərə də.

Bu bir kədər yazısı deyil, rahat olmaq üçün yazdım”.

Elmin HƏSƏNLİ
# 2090 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər