Anarın Axundzadə haqda ssenarisinə film çəkilir
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişləri davam edir.
Kinostudiyadan verilən məlumata görə, xalq yazıçısı Anarın ssenarisi üzrə çəkilən “Sübhün səfiri” filminin rejissoru Ramiz Həsənoğludur. Filmin I hissəsi Türkiyədə, II hissəsi Gürcüstanda, III hissəsi isə Azərbaycanda, o cümlədən Şəkidə ekranlaşdırılacaq.
Filmdə M.F.Axundzadənin 30 yaşından ömrünün sonunadək olan dövrünü aktyor Elşən Rüstəmov canlandıracaq.
Filmin operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılovdur. (AzərTac)

Oxşar xəbərlər
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?
18:40
25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
16:00
23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu
16:00
22 sentyabr 2026
Naməhrəm - Alpay Azərin yeni hekayəsi
12:00
22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları
10:00
21 sentyabr 2026
Azadlıq quşu - Aron Tamaşinin hekayəsi
14:00
20 sentyabr 2026