Çatda çatlayan məhəbbət məbədi

Çatda çatlayan məhəbbət məbədi
28 iyul 2011
# 06:00
İnsanların əksəriyyəti virtual münasibətlərə meyillidir. Çünki virtual aləmdə biz özümüzü çox rahat ifadə edirik. Olmaq istədiyimiz kimi oluruq. Çox rahat şəkildə yalanlar danışa bilirik.

Virtual sevgidə artıq klişeləşmiş yalanlar var.

Kulis.az ən geniş yayılmış yalanları təqdim edir.


1. Xarici görünüş haqda yalanlar


İnsanlar virtual aləmdə özünə sevgili axtaranda boylarını həyatda olduğundan daha uzun göstərməyə çalışırlar. Çox adam real boyundan 5 sm artıq olduğunu deyir. Bu xüsusilə ilə kişilərdə çox yayılan tendensiyadır. Qadınlar isə çəkiləri və bədən quruluşları ilə bağlı yalanlar deməyə meyillidirlər. Araşdırmalar göstərir ki, boyu uzun adamların özünə sevgili tapmaq şansı çox olur.


2. Maddi vəziyyət haqqında yalanlar


İnsanlar virtual aləmdə olduqlarından 20 faiz daha kasıbdır. İnsanlar gəlirləri mövzusunda tez-tez yalan deyirlər. Real həyatdakı qazanclarını şişirdilər. Bu virtual aləmdə sevgi axtaran kişilərin arasında daha çox yayılıb. Araşdırmalara görə daha çox gəliri olan kişilərin sevgi həyatları daha rəngli olur.


3. Fotolar haqqında yalanlar


Bəzən xarici görünüşündən əmin olmayan xanımlar öz fotolarını müxtəlif bəhanələr gətirərək gizlədirlər. Kişilər isə bəzən gənc yaşda çəkdirdikləri fotolardan istifadə edirlər.


4. Xarakterlə bağlı yalanlar


Virtuallıqdan insanın gerçək xarakteri üzə çıxmır. Bəzən insanlar bundan istifadə edib real xarakterlərini gizlədirlər. Məsələn, qadınlar, adətən, kişilərin qısqanc olmasını istəmir. Buna görə də kişilər qısqanc, əsəbi olmadıqlarını, qadınların hər işinə qarışmadıqlarını deyirlər.

Bütün bu yalanlar reallıqla toqquşanda çilik-çilik olur. Çox vaxt belə məhəbbətlər çat verir...

Günel ƏSGƏRZADƏ
# 2620 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər