Fikrət Qoca inəyi öldürdü

Fikrət Qoca inəyi öldürdü
11 iyul 2011
# 13:45
Div və “Gənc ədiblər”


Günlərin birində “Gənc ədiblər” həmişə olduğu kimi yollarını azıb çöllü-biyabanda divin evinə rast gəlirlər. Div onları ədəb-ərkanla yedirib-içirib yatmağa yollayır ki, özü sakitcə oturub televizorda “Türkiyə - Braziliya” oyununa baxsın. Gecənin bir aləmi hiss edir ki, evdə kimsə qurdalanır. İşığı yandıranda görür ki, uşaqlardan biri oyaqdır. Soruşur adın nədir, niyə yatmamısan?

Gənc deyir:

- Adım Qismətdir, hər axşam xəlbirdə su içməsəm, yata bilmirəm.

Div dilxor-dilxor onun üstünə çımxırır:

- Ə, yekə kişisən, mənnən Cırtdanın oyununu çıxartma...


Qulu Ağsəsin tərcüməsi

Şair İlham Qəhrəman yeni şeir kitabını çap etdirir, adını da “Ey dil...” qoyur. Qəzetlərə müsahibələr verib bildirir ki, bu kitab yaxınlarda rus dilinə də tərcümə olunacaq. Bunu oxuyan yazıçı İlqar Fəhmi iş yerində böyründə oturmuş şair Qulu Ağsəsdən soruşur:

- Qulu, səncə, “Ey dil...” ifadəsini ruscaya necə çevirmək olar?

Qulu başını oxuduğu kağızdan qaldırmadan tərcümə edir:

- Uy blin!


Seymur Baycanın soxulcanı

Yazıçı Seymur Baycan qayıqla balıq tutmağa yollanır. Qarmağa taxmaq üçün özüylə bir konserv qutusu soxulcan da götürür. İlk soxulcanı qarmağa taxmaq istəyəndə soxulcan qəfildən dil açır:

- Tutalım, indi sən məni qrmağa taxıb suya tulladın, lap tutalım, qızıl balıq tutdun, o da dil açıb dedi ki, üç arzunu de yerinə yetirim, məni təzədən suya burax. Gəl elə bəri başdan üç arzunu mənə de, təşkil eləyim, sən də məni qarmağa-zada keçirmə. Seymur razılaşır:

- Onda birinci arzum: bu dəqiqə burada bir qazan mal sousu olsun.

Soxulcan azca fikirləşir:

- Olar, ikinci arzun?

- Bu dəqiqə burda iki dənə... yox, yox üç dənə rus qızı olsun.

- Düzələr, üçüncü arzun?

- Bu dəqiqə mən Dostoyevski kimi böyük yazıçı olum.

Soxulcan diksinir:

- A kişi, mən qızıl balıq deyiləm e, soxulcanam!


Fikrət Qocanın sağlığı

Qorki adına Ədəbiyyat İnisitutunda oxuyarkən Fikrət Qoca ilə Vaqif Səmədoğlunu Türkmənistana ekskursiyaya göndərirlər və şairlər kiçik bir vadi tapıb orada bala-bala vurmağa başlayırlar. Bu vaxt hardansa bir inək otlaya-otlaya gəlib onların həndəvərinə çıxır. Fikrət Qoca badələri süzüb deyir:

- Ay Vaqif, gəl bunu bu gözəl inəyin sağlığına içək, o da, deyəsən, tənhadı.

İçirlər və bir azdan inək köpüb ölür. Vaqif inəyin göpüklü ağzına baxıb Fikrətə deyir:

- Sənin nə bəd ağzın var imiş, sağlığına içdiyin inək öldü.

Fikrət Qoca halını pozmadan növbəti badələri süzür:

- Ay Vaqif, olacağa çarə yoxdu, gəl içək öz sağlığımıza.
# 1912 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər