Fransa ekizləri gözləyir - FOTOSESSİYA

Fransa ekizləri gözləyir - FOTOSESSİYA
11 iyul 2011
# 11:40
Fransa Prezidenti Nikola Sarkozi və first lady Karla Bruni cütlüyü ekiz uşaqları dünyaya gətirməzdən qabaq baş-başa vaxt keçirməyin ləzzətini çıxarır.

Kulis.az “Dailymail” saytında istinadən xəbər verir ki, prezident və həyat yoldaşı Aralıq dənizinin Breqanson sahillərində dincəlir.

Onların burada çəkilmiş fotolarından görünür ki, onlar tez-tez qucaqlaşır və öpüşürlər.

Sarkozi bətnində iki körpəsini daşıdığı həyat yoldaşına xüsusi diqqət göstərir, onun əlini demək olar ki, heç buraxmır.

Bruni qarnını örtən mavi köynəyi isə əynindən çıxartmır.

Birlikdə ilk uşaqlarını dünyaya gətirəcək olan cütlük Parisien jurnalına verdikləri müsahibədə çox həyəcanlı olduqlarını bildiriblər.

10 yaşında Aurelien adında bir oğlu olan Bruni - “ikimizin də uşağı var. Uşaq sevgisinin nə olduğun bilirik. Amma yenə də çox həyəcanlıyıq. Bu çox romantikdi” – deyib.

Bruni Sarkozinin hamiləlik dövründə ona çox kömək etdiyini, daha anlayışlı və qayğıkeş davrandığı, hamiləliyin aralarındakı məhəbbəti alovlandırdığını söyləyib.

Bruni ekizlərini oktyabr ayında dünyaya gətirəcək.

Günel ƏSGƏRZADƏ
# 1921 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər