“Boy çiçəyi”ndə Poladovun dublyoru yoxdur - TAMAŞA

“Boy çiçəyi”ndə Poladovun dublyoru yoxdur - TAMAŞA
8 iyul 2011
# 13:33
“Boy çiçəyi” İlyas Əfəndiyevin pyesinin adı olub. Pyes 1964-cü ildə Akademik Milli Dram Teatrına da bu adla təqdim olunub. Rejissor Tofiq Kazımov əsəri bəyənib, amma dramaturqu onun adının dəyişdirilib “Sən həmişə mənimləsən” kimi səhnəyə gətirməyə razı salıb.

Üstündən 24 il keçəndən sonra rejissor Azərpaşa Nemətov həmin əsəri ilkin variantda və ilkin adla Milli Dram Teatrının səhnəsinə gətirir.

“Boy çiçəyi” qızların qurudub kitab arasında saxladıqları zərif bir çiçəyin adıdır. Müəllif qəhrəmanını ona bənzədib.

Azərpaşa Nemətovun quruluşu da əvvəlkilərdən fərqlənəcək. Hər halda, rejissor özü belə deyir. Həsənzadə rolu xalq artisti Fuad Poladova tapşırılıb.

“Demək Həsənzadə” sualına Fuad Poladov çox böyük əminlik və məmnunluqla “Bəli”, - dedi. O “bəli”nin tərkibində vermək istədiyimiz bütün suallara cavab vardı. Yəni “bu rol mənim ürəyimcədir”, “artıq özümü Həsənzadə kimi hiss edirəm” və s.

Nargiləni isə Məsmə Aslanqızı oynayacaq. Daha doğrusu, variantlardan biri Məsmə Aslanqızıdır. Biri də Rus Dram Teatrının aktrisa Natəvan Hacıyevadır. Bu dəfə də rejissor Nargilə obrazı üçün axtarışa çıxıb. Bir-neçə tələbə də sınaqdan keçirilib, amma hələ seçilən yoxdur. Azərpaşa Nemətov yeni Nargilənin olub olmayacağı barədə suala “yalnız Allah bilir”, - dedi. Hələ axtarışlar gedir.
Həsənzadənin (Fuad Poladov) dublyoru heç yoxdur. Bəlkə, heç olmadı.

Tamaşa üzərində masa üstü məşqlər gedir. Bu tamaşadan sonra Azərpaşa Nemətov üstündə söhbətlərin çoxdan getdiyi “Hacı Murad” tamaşasını hazırlayacaq. Əsər L.Tolstoyundur. Onu Azərbaycan teatrının səhnəsində dramaturji material kimi işləyib hazırlayan Cəfər Cabbarlı özü qoyub. Azərpaşa Hemətov həmin variantı da saxlamaq fikrindədir. İstəyir ki, tamaşada Cəfər Cabbarlının adı müəllif kimi qalsın. “Hacı Murad” üzərində işə payızda başlanacaq.


Ramilə Qurbanlı
# 2407 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər