Ermənilər “Eurovision”a güclü gəlir

Ermənilər “Eurovision”a güclü gəlir
30 iyun 2011
# 14:10
“Eurovision 2012”də Ermənistanı “System of a down” qrupu təmsil edəcək.

Bakıda keçiriləcək “Eurovision” yarışmasında əvvəlcə Ermənistanın qatılmayacağı deyilsə də, bugün Ermənistanın İctimai Teleradio Yayım Şurası ölkənin yarışmada iştirakını təsdiqləyəcək.

“Kulis.az” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Ermənistanı gələn il Amerikanın məşhur rok qrupu “System of a down” təmsil edə bilər.

Ermənistanın “Jamanak” qəzeti erməni əsilli qrupla danışıqlara başlandığını deyib. Yarışmaya gedəcək təmsilçilərin seçim mərhələsi davam edir. Ən şanslı namizəd kimi dünyaca populyar olan “System Of a Down” rok qrupu hesab olunur.
Yerli müğənnilərdən hər hansısa biri müsabiqəyə göndərilməyi tələb olunarsa, qəzet bunun Razmin Amyanın olacağını ehtimal edir.
“System of a Down” qrupu 1995-ci ildə Amerikada yaradılıb. 1998-2005-ci illər arasında qrup beş albom çıxarıb. Bu albomlardan "Toxicity" ən uğurlusu sayılır. Qrupun albomları 20 milyondan artıq nüsxə ilə satılıb.

Günel ƏSGƏRZADƏ
# 1984 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər