İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə

İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə
9 iyul 2026
# 17:21

Kulis.az "Manas" dastanından "Manasın doğulması" hissəsini təqdim edir.

Artıq söhbət nə lazım
İndisə qulaq asın
Sizə dastan söyləyim
Ər Manasdan söyləyim...
Toydan iki il keçdi
İl yox, sanki yel keçdi
Manas ana boynunda
Olanda üç ayında
Baybikənin ürəyi
İstəmədi yeməyi.
Anladı ki, o, daha
Dəyişibdir iştahı -
Qaçır baldan, şəkərdən.
Ağlına gəldi hərdən
Yesin pələng ürəyi -
Budur arzu- diləyi.
O da ki, deyil asan -
Axı, necə tapasan.
Fikrə getdi Baybikə:
- Qismətimdə var bəlkə...
Xəbər gəldi:- İlxıçı
Nişan alıb gözücu
Bir pələng yaralayıb,
Bağrını paralayıb,
Dərisini soyubdur,
Ətin yerdə qoyubdur...
Bu xəbəri eşidən
Çıyırdı qalxdı birdən,
Çəkdi onu muradı -
Görüşünə tələsdi,
Gəlib yolunu kəsdi.
Gələndə xeyli gümüş,
Özü ilə götürmüş.
Dedi: - Sərvət alarsan,
Çoxlu dövlət alarsan,
Atını çap ilxıçı,
Bir pələng tap ilxıçı.
Yar, gətir ürəyini,
Göyərt bu diləyimi.
Sən atamdan, anamdan
İndi mənə yaxınsan
Nə istəsən al-verim,
Qızıl, gümüş, mal verim.
... İlxıçı bu söz ilə
Qəfil tapdı xəzinə.
Bir alıcı quş oldu,
Əzablara tuş oldu.
Aşırımlar aşdı o.
Dağları dolaşdı o.
Yatdı yolun üstündə.
Gördü yolun üstündə
Uzanıbdır bir pələng —
Vurdu onu bu zirəng.
Ürəyini çıxartdı,
Arzuya, kama çatdı...
Atını geri sürdü.
Yolda daha nə gördü:
Gördü ayğır at ölüb

İlxıçılar tökülüb
Dərisini soyublar
Düşündü ki, nə olar
Onun da ürəyini
Aparsam olmaz yəni...
Əlində iki ürək,
İlxıçı sevinərək
Gəlib çıxdı obaya -
Pay düşürdü o "paya"...
Çəkildi qara kölgə
İşıqlandı Baybikə.
İşıqlandı alaçıq -
Arzu-kama yol açıq.
Sığmayır yerə-göyə
Yanaşdı Bədəl bəyə.
Dedi: "Oğlum, nə sirdi -
İki ürək gətirdin
Belə çox idi pələng?
Yoxsa tərpənib zirəng
Bir oxla ikisini
Vurmusan. De düzünü.
Özgə heyvan ürəyi
Deyil mənim gərəyim
Bədəl bəy, ay oğlum, sən
Bəlkə yalan deyirsən".
Şübhələndi Baybikə
Üzdü onu bu "bəlkə"
Bədəl bəy dedi: - Vallah
Şahiddir ki, bir Allah
Dediyim yalan deyil,
Bu qan özgə qan deyil

Bu pələng ürəyidir,
Əgər varsa yalanım,
Qılıncımla doğranım.
Yox daha söz söhbətim -
Bu da mənim qiymətim...
O yandı için-için
Bu şübhəli söz üçün.
İnandı ki, Baybikə
Yalan demir bu əkə.
Su gətirdi bir səhəng.
Önündə iki ürək -
Onları pak elədi,
Bişməmiş çiy-çiy yedi.
Pay vermədi heç kəsə
Yedi bircə nəfəsə.
Töküb qanlı suyunu
Ləzzətlə içdi onu.
Daha gəldi özünə
Bəxti güldü üzünə...

Poetik tərcümə: Adil Cəmil

# 1102 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

10:00 9 noyabr 2026
"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

11:32 7 noyabr 2026
"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

17:23 6 noyabr 2026
“Sən mənim sülhüm idin, cihad olmusan indi...” -  Rəbiqə Nazimqızının yeni şeirləri

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” - Rəbiqə Nazimqızının yeni şeirləri

15:00 5 noyabr 2026
"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər