Anam çətirli anaların sırasında dursun - Günün şeiri

Anam çətirli anaların sırasında dursun - Günün şeiri
13 noyabr 2023
# 14:00

Bu gün şair Fuad Cəfərlinin doğum günüdür.

Kulis.az şairi təbrik edir və "Günün şeiri" layihəsindən "Çətir" şeirini təqdim edir.

Bağışla məni, ana, bağışla,
Yenə payız küçəmizi salamladı yağışla.
Yenə mən sənə çətir ala bilmədim,
Bağışla məni, ana, bağışla.

Gec gəlib tez gedən fəsilə payız deyilir,
Çətir ala bilənlər çölündə,
Ala bilməyənlər hər yağış damcısında içində əyilir
Hər əyildikcə, "inşallah, gələn payız, gələn payız" deyir.

Mən bitdim, bu payızlarsa bitmədi...
Hər gələn payız, gələn payız dedim.
"Bu payız birtəhər keçir, ana,
Gələn payız çətir alaram",- dedim.

Ovuc boyda otaqda
Özümə də, sənə də dünya boyda ümid verdim.
Yenə yenildim, yenə evə çətirsiz gəldim.
Bağışla məni, ana, bağışla.

Sürətim yox qaçıb keçəm,
Qanadım yox uçub keçəm,
Nə olardı bir səfərində,
Payızların birini keçəm?!
Anama yaraşan, anamı qoruyan bir çətir seçəm.
Tutacağı anamın əlləri kimi yumşaq,
Dirəyi qüruru kimi möhkəm,
Örpəyi üzü kimi ağ olsun.
Və nəhayət, anam çətirli anaların sırasında dursun.
İnşallah, gələn payız, anam, gələn payız...

# 2646 dəfə oxunub

Oxşar xəbərlər

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər