"Yalnızlıq ölümə hazırlıq məşqləri etmək deməkdir..." - Fransız yazıçıdan sitatlar

"Yalnızlıq ölümə hazırlıq məşqləri etmək deməkdir..." - Fransız yazıçıdan sitatlar
1 iyul 2026
# 13:40

Bu gün fransız yazıçı və həkim Lui-Ferdinand Selinin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Cəsarət yalnız bağışlamaqdan ibarət deyil.

Ən uzağa gedən kəs, yolçuluğa tək çıxandır.

Hər kəsin dərdi özünə, dünyanın dərdi isə hamımıza.

İnsan gənc və cahil olanda hər şeyi könül yarası zənn edir.

Təcrübə – yalnız onu daşıyanı aydınladan sönük bir fənərdir.

Get-gedə, hər şeydən imtina edə-edə, sanki başqa bir adam oldum.

Bədbəxt olduqlarını deyən insanlara elə tez inanmayın.

Dəyər daşıyan tək bir hekayə var: o da bədəlini özünüzün ödədiyi hekayədir.

Yalnızlıq ölümə hazırlıq məşqləri etmək deməkdir.

Fağırlar, dözdükləri şeylərin səbəbini və mənasını heç vaxt, ya da demək olar ki, heç vaxt soruşmurlar.

Mənim problemim yuxusuzluqdur. Əgər hər zaman rahat yatmış olsaydım, ömrümdə tək bir sətir də yazmazdım.

Öyrəndiyiniz o azacıq şeyin başqa bir yerdə mütləq faydasını görəcəksiniz! Heç bir təcrübə boşa getmir!

Müharibə dediyiniz şey, anlamadığınız nə varsa, elə odur. Bu, nəhəng, qlobal miqyasda bir təlxəklikdir.

Ağıllı təkəbbür deyə bir şey yoxdur. Bu bir instinktdir. Və hər şeydən əvvəl, təkəbbürlü olmayan tək bir adam belə tapa bilməzsiniz.

İnsan tək yaşamağa başladığı andan etibarən öz keçmişinin, yaşantılarının yükü altında əzilir. Bu yük onu sərsəm edir.

İnsan bu dünyada bütün vaxtını ya öldürməyə, ya da tapınmağa xərcləyir, həm də ikisini eyni anda edir: "Sənə nifrət edirəm!"

Həyatımda heç vaxt səs verməmişəm. Axmaqların çoxluq təşkil etdiyini həmişə bilirdim və anladım ki, buna görə də qalib gələcəkləri qətidir.

Bəziləri var, dərhal ölür, bəziləri iyirmi il əvvəl, bəziləri isə hələ doğulmamışdan qabaq ölüblər. Bax, o insanlar bu dünyanın düşkünləridir.

Boşuna ümidlənməyə dəyməz; insanların əslində bir-birinə deyəcək heç bir şeyi yoxdur, onlar qarşılıqlı olaraq yalnız öz acılarından danışırlar, bu belədir.

Yoxsul insanlar, qatlanmaq məcburiyyətində qaldıqları onca şeyin izahını heç vaxt, ya da demək olar ki, heç vaxt istəməzlər. Bir-birlərinə nifrət edərlər və bununla kifayətlənərlər.

Dəqiqələri və qəpikləri sayan bir Tanrı; donuz kimi xırıldayan ümidsiz, şəhvətli bir Tanrı. Yıxılan və yenə yıxılan, qızıl qanadlı bir donuz; hər zaman qarnı yuxarı, sığallanmağa hazır – bax, odur bizim ağamız. Gəl, öp məni.

Yalnız sürünərək özümə qayıtdım; sadəcə, əvvəlkindən də bədbəxt olduğumu görməkdən məmnunluq duydum. Çünki tənhalığıma yeni bir sıxıntı növü və gerçək duyğuya bənzəyən bir şey gətirmişdim.

# 726 dəfə oxunub

Oxşar xəbərlər

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..."  -  Erix Mariya Remarkdan sitatlar

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..." - Erix Mariya Remarkdan sitatlar

15:00 25 sentyabr 2026
İşıqlar sönəndən sonra - Yeni hekayə

İşıqlar sönəndən sonra - Yeni hekayə

11:00 25 sentyabr 2026
"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

13:30 24 sentyabr 2026
"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

10:00 24 sentyabr 2026
Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

11:20 23 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər