Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi
23 sentyabr 2026
# 11:20

Bu gün yazıçı, publisist Əfqan Əsgərovun doğum günüdür.

Kulis.az onun "Uşağın hökmü" hekayəsini təqdim edir.

Əl boyda bir körpə dünyaya gəldi. Yer üzünün ən kiçik sakini göz açmamış ağladı. Havamıza yeni insan səsi qarışdı.

Mama sevincək:

-Oğlandır!- deyə xələt istədi.

Bunu eşidən gənc ata ürəyində əzizləyə-əzizləyə:

-Oğlum...- dedi.

Balıqçı baba iri əllərini ovxaladı.:

-Bir balıqçı da anadan oldu...

Zabit əmi zər paqonlu köynəyinin yaxasını düymələdi:

-Əsgərlərimin biri də artdı...

Müəllim onların hər ikisinə etiraz etdi:

-O, birinci növbədə mənim şagirdimdir.

Mübahisə çox uzandı, körpəyə ad tapmaq isə günlər, həftələr çəkdi.

Lakin heç kəsin ağlına gəlmədi ki, bu əl boyda körpə onların hamısından qətiyyətlidir. O, özü ad almamış evdəkilərin hərəsinə bir ad vermişdi. Dünənki gəlin- ana, analar-nənə, dünənki gənc- ata, atalar- baba, kimi əmi, kimi dayı, kimi bibi, üçyaşlı bir qızcığaz da xala olmuşdu.

Çarə nədir?

Uşağın hökmü şah hökmüdür.

# 350 dəfə oxunub

Oxşar xəbərlər

İşıqlar sönəndən sonra - Yeni hekayə

İşıqlar sönəndən sonra - Yeni hekayə

11:00 25 sentyabr 2026
"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

13:30 24 sentyabr 2026
"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

10:00 24 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

12:30 20 sentyabr 2026
Bir cütlüyün macərası – İtalo Kalvinonun hekayəsi

Bir cütlüyün macərası – İtalo Kalvinonun hekayəsi

10:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər