Ruhların söhbəti - Məşədi Qaffarlı

Məşədi Qaffarlı

Məşədi Qaffarlı

8 dekabr 2022
# 16:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Məşədi Qaffarlının "Ruhların söhbəti" hekayəsini təqdim edir.

Biri o birinə deyir:

– Nə fərqi var, sən də ölmüsən, mən də.

– Fərqi çoxdur. Əvvala, mən ölməmişəm, şəhid olmuşam. Sən isə gəbərmisən.

– Ara, mənə de görüm, şəhid nə deməkdir?

– O sizdə heç vaxt olmayıb, ona görə də bilməzsən.

– Şəhidlik böyük xalqlara, maddi yox, mənəviyyatca çox yüksəklərdə olan, vətəninin ,torpağının qədrini bilən və onun uğrunda canını verməyə hər zaman hazır olan və başqa xalqların torpaqlarında gözü olmayan ,insanlara verilən çox şərəfli addır. Bir də ki, mən öz torpağımda, yəni cənnətdəyəm. Sən isə cəhənnəmə gedəcəksən.

– Axı mən də sənin yanındayam. Pis gündə olsam da. Hər yerim darmadağındır. Necə oldu ki ,sən sap-sağlamsan. Axı mən səni bayrağı qaldıranda sinəndən vurmuşam.

– Amma sən bilmədin ki, bayrağın üstündəki ay-ulduzun işığı səni kor edəcək, və sən qayanın başından düşüb, xurt-xəşil oldun... Bir də ki sənin leşin burda olsa da, bu müvəqqətidir. Bir azdan o biriləri də gəlsin, hamınızı birlikdə aparacaqlar o başçınız Paşolyandır, nədir, o da gəlsin sonra...

– Ara, bəs sən bilərsən, görəsən, cəhənnəmdə də torpaq varmı?

– Bilirsən nə var, dəqiqəbaşı məni murdar adla çağırma.

– Axı mən sənin adını bilmirəm.

– Bilməsən yaxşıdır. Mənim adım müqəddəsdir. Sonra onu da özəlləşdirib ,axırına yan əlavə edərsiniz... Dünyanın hər yerində, erməni yox "yermənim" deyə-deyə gəzirsiniz. Gedin yaxşısı budur, cəhənnəmdə ermənyan yaradın. Əvvəldən paxıllıqdan yanırsız, indi də yanın...

# 2282 dəfə oxunub

Oxşar xəbərlər

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..."  -  Erix Mariya Remarkdan sitatlar

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..." - Erix Mariya Remarkdan sitatlar

15:00 25 sentyabr 2026
İşıqlar sönəndən sonra - Yeni hekayə

İşıqlar sönəndən sonra - Yeni hekayə

11:00 25 sentyabr 2026
"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

13:30 24 sentyabr 2026
"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

10:00 24 sentyabr 2026
Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

11:20 23 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər