Qarışqa və qarğa - Pərvanə Nizaməddinqızı

Pərvanə Nizaməddinqızı

Pərvanə Nizaməddinqızı

21 noyabr 2022
# 22:22

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Pərvanə Nizaməddinqızının "Qarışqa və qarğa" hekayəsini təqdim edir.

Yağışdan sonra günəş parlamağa başladı. Günəşin şəfəqləri torpaq üzərinə düşdükcə torpaqdan buğ qalxdı və havada canlılara ruh verən gözəl ətir yayıldı.

Yağışlı havada yuvalarına sığınmış qarışqalar da günəşin çıxmasını hiss edərək, yavaş-yavaş yuvadan çıxıb, sürətlə hərəkətə başladılar. Yarım qalmış qışlıq azuqələrini toplamaq üçün cərgələndilər. Yolun yarısına kimi biri gətirir, o birisi isə ona kömək eləyirdi. Bax beləcə qarışqalar öz cığırları, izləri ilə cərgələnib gedərək qışlıq yemlərini toplayırdılar.

Kənardan kimsə cərgənin qarşısına keçsə, o zaman qarışqaların cərgəsi pozulur və onların yem daşımasına mane yaranırdı.

Qarğa isə xeyli vaxt idi ki, qarışqaları izləyirdi. Darvazaya qonub qarıldamağa başladı. Qarışqalar isə öz işlərində cərgələnib, sürətlə ora-bura qaçırdılar. Qarışqanın bir neçəsi cərgədən ayrılıb, yem gətirmək üçün darvaza tərəfə getdi. Elə təzəcə buğdanı götürüb gəlirdi ki, qarğa qarışqanın başının üstünü aldı. Qarışqa qarğanın qanadlarının qaranlıq kölgəsində özünü itirdi. Tapdığı bərəkətli neməti verməmək üçün ona möhkəm sarıldı. Qarğa isə qarıldayıb dimdiyi ilə dənə vurdu. İstədi ki, dəni yesin. Bu vaxtı qarğanın dimdiyi qarışqanı zədələdi. Qarışqanın əlləri dəndən üzüldü və arxası üstə yaralı halda eşələnib, sürünə-sürünə qarğadan uzaqlaşıb dostlarına tərəf getdi. Bu vaxt dostları da yaralı qarışqanı görüb, tez qarışqanın yanına köməyə gəldilər. Qarışqanı çiyinlərinə götürüb, yuvalarına tərəf yollandılar. Cərgədəki başqa qarışqalar da kömək edərək yaralını yuvaya aparıb, onun sağalması üçün yardım etdilər.

Allahın yaratdığı hər canlı öz ruzisi üçün zəhmət və əziyyətlə çalışar. Həmişə səmanız aydın, yolunuz açıq və uğurlu olsun zəhmətkeşlər!

# 3101 dəfə oxunub

Oxşar xəbərlər

Banan balığının asan ovlanan günü - Müharibə haqqında təsirli hekayə

Banan balığının asan ovlanan günü - Müharibə haqqında təsirli hekayə

11:16 8 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
"Qat-qat sənət həyatı çılpaqlaşdırır..." - Robert Musil

"Qat-qat sənət həyatı çılpaqlaşdırır..." - Robert Musil

15:31 6 noyabr 2026
"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar

"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar

13:56 6 noyabr 2026
İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

14:54 5 noyabr 2026
"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

11:10 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər