"Qadın üçün xərc çəkmək olar, lakin..." - Macarıstanlı romançıdan sitatlar

"Qadın üçün xərc çəkmək olar, lakin..." - Macarıstanlı romançıdan sitatlar
29 iyun 2026
# 12:10

Kulis.az macarıstanlı romançı Jiqmond Moritsin əsərlərindən sitatları təqdim edir.

Ölülərin artıq bircə istəyi var: rəhmət.

***

Hər bir insan böyük, lap böyük bir sirdir. Ən sadə insan belə tapmaca kimidir, oxunmazdır. İnsan ağlı ilə dərkedilməzdir.

***

Kişilər qadının kədərlənməsini sevməzlər... Onlar istəyirlər ki, qadın xislətində zərrə qədər də həssaslıq olmasın. Nə baş verir versin, ağıllarına nə gəlir gəlsin, qadın əmr olunmuş kimi hər zaman gümrah və şən olsun...

***

...İnsanın gözlərinin gündüzlər həmişə gülməsi üçün gecələr nə qədər göz yaşı tökdüyünü bir tək mənim rəhmli Tanrım bilər.

***

Dünya kənardan göründüyü kimi deyil.

***

Qadın üçün xərc çəkmək olar, lakin onun uğrunda fədakarlıq etmək, həddindən artıq ağır qurbanlar vermək olmaz. Həyat yoldaşı isə istisnadır. O, başqa məsələdir.

***

...Həyat yoldaşı olmaq bir vəzifədir, bir peşədir. Həyat yoldaşı cəmiyyətin onun üçün cızdığı roldan kənara çıxa bilməz. O, ərinin var-dövlətini, ərinin sağlığını, bir dəyər kimi ərini qoruyur. Çünki onun əsas kapitalı budur.

***

Hər bir qadın eyni zamanda həm vəfalı həyat yoldaşı, həm də fahişədir . Hər şey sadəcə onun öz mövqeyini necə hiss etməsindən asılıdır...

***

Yoxsul qadınlar da elə düşünürlər ki, on, iyirmi, otuz illik sədaqətin müqabilində, heç olmasa, qocalıqlarında minnətdarlıq əlaməti olaraq onları küçəyə atmayacaq bir kişiyə sahib olacaqlar.

***

...Mən hesab edirəm ki, istər yaxşı, istər pis, istər gözəl, istərsə də çirkin olsun – həqiqəti deyən insan gecəni rahat yata bilər. Mən isə gecələr rahat yatmaq istəyirəm. Gerisi Tanrının işidir.

***

...İnsanın yoxsul olması dərd deyil, yoxsul da ölənə qədər yaşayır.

***

Heç nə əbədi deyil, hətta qadınların sədaqəti belə.

***

Gecə igid olan, gündüz də igid olmalıdır.

***

Hər bir səhvin bir düzəlişi var, bircə səhvdən başqa: insanın doğulub yaşaması. Yoxsa bəlkə bunun da bir düzəlişi var?

***

Siyasətlə məşğul olma... Dərhal işə giriş.

# 740 dəfə oxunub

Oxşar xəbərlər

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..."  -  Erix Mariya Remarkdan sitatlar

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..." - Erix Mariya Remarkdan sitatlar

15:00 25 sentyabr 2026
İşıqlar sönəndən sonra - Yeni hekayə

İşıqlar sönəndən sonra - Yeni hekayə

11:00 25 sentyabr 2026
"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

13:30 24 sentyabr 2026
"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

10:00 24 sentyabr 2026
Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

11:20 23 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər