İztirab - Sülhiyyə Şirinovanın hekayəsi

İztirab - Sülhiyyə Şirinovanın hekayəsi
4 may 2026
# 14:02

Bu gün yazıçı Sülhiyyə Şirinovanın doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun "İztirab" adlı qısa hekayəsini təqdim edir.

Onun oğlu ölmüşdü. Eşidən hər kəs – illərlə qapısını açmayan qohumlar belə gəlmişdi. Hərənin əlində 2-3 kilo kartof, makaron olan şəffaf sellofanlar var idi.

Torbaları qapının girişində dayanan bacısına verib içəri keçirdilər. Yandakı torpaq döşəməli otaqda kartof sellofanlarının əlindən addım atmağa yer yox idi.

Başsağlığına gələnlər suvağı tökülmüş, köhnə palazlar döşənən otağa yığılırdılar.

O, odun sobasının yanında büzüşüb oturmuşdu. Bu iki gündə o qədər balacalaşmışdı ki, otağa girənlər əvvəlcə o yana-bu yana baxıb onu axtarırdılar.

Dayanmadan divardakı bir nöqtəyə baxırdı. Baxışları donuq idi.

Heç kim danışmırdı. Arada qohum qadınlar ağlayırmış kimi burunlarını çəkirdilər.

Qəfildən ayağa qalxdı. Sürətlə torpaq döşəməli otağa girib hər iki əli ilə ordakı kartof sellofanları götürüb gücü çatdığı qədər çölə atdı. Və o cılız bədəninə uyğun gəlməyən səslə hayqırdı: hamınız durun, rədd olun evimdən.

Adamlar çaşqın və qorxu içində tələsik otağı tərk etdilər. Bacısı onu qucaqlamaq, dayandırmaq istədi, amma etmədi.

# 1475 dəfə oxunub

Oxşar xəbərlər

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..."  -  Erix Mariya Remarkdan sitatlar

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..." - Erix Mariya Remarkdan sitatlar

15:00 25 sentyabr 2026
İşıqlar sönəndən sonra - Yeni hekayə

İşıqlar sönəndən sonra - Yeni hekayə

11:00 25 sentyabr 2026
"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

13:30 24 sentyabr 2026
"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

10:00 24 sentyabr 2026
Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

11:20 23 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər