"Heç nə sübut olunmayıbsa, hər şeyə icazə verilir..." - Teodor Drayzerdən sitatlar

"Heç nə sübut olunmayıbsa, hər şeyə icazə verilir..." - Teodor Drayzerdən sitatlar
27 avqust 2026
# 12:00

Bu gün tanınmış amerikalı yazıçı, ictimai xadim, jurnalist Teodor Drayzerin doğum günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Həyat güclülər üçün yaradılıb. Onda zəiflərə heç bir mərhəmət yoxdur, əsla... Arzunun faciəsi də budur.

***
Mən sevginin məcburedici qüvvəsinə inanıram. Onu başa düşmürəm, ancaq inanıram ki, o, bu tikanlı mövcudluğun ən ətirli çiçəyidir.

***

Sözlərin ifadə etmək istədiyimiz cildlərin yalnız solğun kölgələri olması necə də həqiqətdir!

***

Bir düşüncə bizim üçün bütün dünyanı rəngləyə bilər.

***

Həyat lənətə gəlmiş, üfunətli, xain bir oyundur və mində doqquz yüz doxsan doqquz nəfər alçaqdır.

***

Sevgi bu dünyada həqiqətən verə biləcəyin yeganə şeydir. Sevgi bəxş edəndə, hər şeyi bəxş etmiş olursan.

***

İnsana ruhu olduğunu təskin edib, sonra da başından çıxan uydurma əhvalatlarla başına gələcəklərdən onu qorxudun və beləcə, qarmağa düşmüş bir balıq, mənfi bir qul əldə etmiş olarsınız.

***

Sivilizasiyamız hələ orta mərhələdədir: artıq tamamilə instinktlərlə idarə olunmadığına görə çətinliklə heyvan olur, hələ ki tamamilə ağılla idarə olunmadığına görə isə çətinliklə insandır.

***

Bu dünyada ən əbəs şey, bəlkə də, xarakterə dəqiq tərif vermək cəhdidir. Bütün insanlar ziddiyyətlər yığınıdır - ən qabiliyyətlilər isə heç də bundan geri qalmır.

***

Müdrikliyə sahib olmaq üçün gərək cəhalətimiz olsun.

***

Heç nə sübut olunmayıbsa hər şeyə icazə verilir.

***

İnsanlar ümumiyyətlə sözlərə həddindən artıq əhəmiyyət verirlər. Onlar danışmağın böyük nəticələr verdiyi illüziyası içindədirlər. Əslində isə sözlər adətən bütün mübahisələrin ən səthi hissəsidir. Onlar sadəcə arxada gizlənən böyük, coşqun duyğu və arzuları zəif şəkildə əks etdirirlər. Dilin hay-küyü səngiyəndə ürək dinləməyə başlayır.

***

Pulun əsl mənası hələ də xalqa izah olunmalı və dərk edilməlidir.

***
Nyu-Yorkda o zaman da, indi də məni heyran edən şey... küt ilə zəki, güclü ilə zəif, varlı ilə kasıb, müdrik ilə nadan arasındakı kəskin və eyni zamanda nəhəng ziddiyyət idi... güclülər, yaxud nəticədə hökmranlıq edənlər o qədər güclü, zəiflər isə o qədər, o qədər zəif və bir o qədər, o qədər çox idi ki!

***
Sözlər ifadə etmək istədiyimizin yalnız solğun kölgələridir. Onlar böyük, səssiz duyğu və məqsədləri bir-birinə zəncirləyən kiçik halqalardır.

***

Əgər ömrümüzdən hər hansı bir sevinc qoparmaq istəyiriksə, nəinki özümüz, başqaları üçün də düşünməli, plan qurmalı və vəziyyəti yaxşılaşdırmalıyıq; çünki öz sevincimiz başqalarının bizə, bizim də başqalarına olan sevgimizdən asılıdır.

***

Güclü kişi etməyə imkan verilməsini istəyir; zəif kişi isə ona mane olmağa çalışır.

***

Səyahət etməyənlər üçün öz tanış ocağından başqa hər hansı bir diyar həmişə valehedicidir. Sevgidən sonra bu, insanı təskin edən və sevindirən yeganə şeydir.

***

Əgər içinizdə sönməz bir yazmaq ehtirası varsa, heç nə sizi yazmaqdan saxlaya bilməz.

***

Əgər dinə şəxsən öz tarifimi versəydim, deyərdim ki, o, insanın şərait üzündən qana bulaşmış ruhunu qorumaq üçün uydurduğu sarğıdır.

***

Bütün doqmatik dinlər aradan qalxmalıdır. Dünya keçmişdə onlar olmadan keçinibsə, yenə də keçinə bilər.

***

Təbliğatsız tərəqqi nə qədər kədərlidir...
***

Kişi passiv şəkildə də olsa bir qadının arzularının yerinə yetirilməsinə maneəyə çevrildikdə zaman keçdikcə qadının gözündə iyrənc bir varlığa çevrilir.

# 792 dəfə oxunub

Oxşar xəbərlər

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..."  -  Erix Mariya Remarkdan sitatlar

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..." - Erix Mariya Remarkdan sitatlar

15:00 25 sentyabr 2026
İşıqlar sönəndən sonra - Yeni hekayə

İşıqlar sönəndən sonra - Yeni hekayə

11:00 25 sentyabr 2026
"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

13:30 24 sentyabr 2026
"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

10:00 24 sentyabr 2026
Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

11:20 23 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər