Zeynəb Xanlarova: "Xalqsız yaşaya bilmərəm!" - Video

Zeynəb Xanlarova:  "Xalqsız yaşaya bilmərəm!" - Video
23 may 2023
# 17:10

SSRİ Xalq artisti Zeynəb Xanlarova illər sonra Mədəniyyət Nazirliyinin “Mədəniyyət sizinlə tanınır!” layihəsi üçün kamera qarşısına keçib.

Kulis.az xəbər verir ki, bu barədə nazirlik sosial media hesablarında video paylaşıb.

Videoda sənətkar musiqi barədə fikirlərini bölüşüb:

“Anamı həmişə çox sevmişəm. Ona olan sevgi sənətimə də var. Onun qiymətini anam qədər bilirəm. Mənə heç kim deməyib get, oxu! Öz həvəsim olub. Bir də atam çox istəyərdi ki, oxuyum. Bu sənət uşaq kimidir. Onu buraxdınsa, qiyməti olmayacaq. Qədrini bilmək lazımdır, bu sənəti yerə vurmaq olmaz. Xalqın sevgisini qazanmaq üçün sən gərək xalqa hörmət edəsən.

Hörmət də nədir? Balaca səsinlə də olsa, oxu. Hərdən bir su da iç, oxu, eybi yoxdur. Ancaq özün ol! Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr? Bunlar hamısı “mikrofon oxuyan”ları olmayıb e! Məni səhnədən dartıb çıxarmayınca yorulmuram. Səhnəyə çıxanda, mənə dünyanı verirlər. Mənim suyumdur, havamdır, elə bir qiymətli şeydir ki, ondan doya bilmirəm. Çörək yeməyə, su içməyə bilərəm, ancaq musiqisiz yaşaya bilmərəm. Mən Zeynəbəm xalqım üçün! Sizi, xalqımı sevirəm! Vətənsiz, xalqsız yaşaya bilmərəm!”.

# 7235 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər