“Zərifə Əliyeva” adlı çoxdilli virtual kitab sərgisi hazırlandı

“Zərifə Əliyeva”  adlı çoxdilli virtual kitab sərgisi hazırlandı
15 aprel 2026
# 14:24

Prezident Kitabxanası Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın həyatı və çoxşaxəli fəaliyyətindən bəhs edən “Zərifə Əliyeva” adlı çoxdilli virtual kitab sərgisi hazırlayıb.

Kulis.az xəbər verir ki, sərgidə akademikin zəngin elmi-pedaqoji irsi, tibb elminin inkişafına verdiyi töhfələr, ictimai fəaliyyəti, habelə vətənə və xalqa bağlılıq ruhunda keçən mənalı ömür yolu müxtəlif dillərdə nəşr olunmuş kitablar, elmi əsərlər və bioqrafik materiallar vasitəsilə əhatəli şəkildə təqdim edilib.

Bu nəşrlər Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatları, əldə etdiyi elmi nailiyyətləri, həkim kimi humanist prinsiplərə sədaqətini və çoxillik pedaqoji fəaliyyətini dolğun şəkildə işıqlandırır.

Həmçinin virtual sərgidə onun həyat və fəaliyyətinə həsr olunmuş xatirə-oçerklər, publisistik yazılar və tədqiqat əsərləri də yer alır. Bu materiallar yalnız bir alim obrazını deyil, eyni zamanda yüksək mənəvi dəyərlərə malik, dövrünün görkəmli ziyalılarından birinin portretini tamamlayır.

Sərgi Prezident Kitabxanasının rəsmi veb-saytı vasitəsilə ictimaiyyətə açıqdır və geniş oxucu auditoriyası üçün mühüm elmi-informasiya mənbəyi funksiyasını daşıyır. Bu təşəbbüs Azərbaycan elminə və cəmiyyətinə dəyərli töhfələr vermiş şəxsiyyətlərin irsinin qorunması və tanıdılması istiqamətində Prezident Kitabxanasının ardıcıl və məqsədyönlü fəaliyyətinin davamıdır.

Sərgi ilə https://www.preslib.az/az/virtual/books/SjZF8Vb link vasitəsilə tanış olmaq mümkündür.

# 1092 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər