Zəlimxan Yaqubun yeni kitabının təqdimatı keçiriləcək

Zəlimxan Yaqubun yeni kitabının təqdimatı keçiriləcək
15 yanvar 2025
# 14:15

Yanvarın 18-də “Qanun” nəşriyyatında Xalq şairi Zəlimxan Yaqubun yenicə çapdan çıxmış “Azərbaycan poeziyası. Seçmə şeirlər” kitabının təqdimatı olacaq.

Kulis.az xəbər verir ki, nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası tərəfindən “Azərbaycan poeziyası. Seçilmiş şeirlər” layihəsi çərçivəsində işıq üzü görən kitab şairin 75 illik yubileyinə həsr olunub.

Kitabın tərtibatçısı və redaktoru Şərif Ağayar, ön söz müəllifi Azər Turandır.

Xatırladaq ki, “Qanun” nəşriyyatı “Azərbaycan poeziyası. Seçmə şeirlər” seriyasından Füzuli, Xətai, Vaqif, Vidadi, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Məmməd Aslan, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli kimi görkəmli Azərbaycan şairlərinin kitablarını nəşr edib.

Növbəti mərhələdə isə Rəsul Rza və Məmməd Arazın kitablarının çapı nəzərdə tutulur.

# 2601 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər