“Zəfər tarixi” adlı xeyriyyə konserti keçirildi

“Zəfər tarixi” adlı xeyriyyə konserti keçirildi
28 may 2022
# 12:40

Mayın 27-də Heydər Əliyev Sarayında Vətən müharibəsinin qazi və veteranlarının iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunan musiqili-bədii gecə keçirilib.

kulis.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan konsertin açılışında ilk olaraq Dövlət Himni səsləndirilib.

Gecədə Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri, tanınmış incəsənət xadimləri, eləcə də ADMİU-nun tələbə heyəti çıxış edib.

Konsertdə Vətən müharibəsi qazilərinin və tanınmış incəsənət xadimlərinin birgə dueti, eləcə də qazilər tərəfindən bir çox musiqi alətlərində ifalar səsləndirilib. Konsert proqramı qazilərin ifasında bədii qiraətlə davam edib. Bir-birinin ardınca musiqi və rəqs nömrələri nümayiş olunub.

Qeyd edək ki, tədbir xeyriyyə məqsədi daşıyır və biletlərin satışından əldə olunan vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

# 3072 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər