“Zəfər dastanı: Çanaqqaladan Qarabağa” adlı qala-konsert təşkil olunacaq

“Zəfər dastanı: Çanaqqaladan Qarabağa” adlı qala-konsert təşkil olunacaq
3 aprel 2025
# 15:45

Mayın 31-də Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar Azərbaycan-Türkiyə opera sənətçilərinin iştirakı ilə “Zəfər dastanı: Çanaqqaladan Qarabağa” adlı qala-konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Opera və Balet Baş İdarəsi ilə birgə layihəsi əsasında keçirilməsi planlaşdırılan konsert proqramında Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, Türkiyə bəstəkarlarının da bir neçə əsəri ifa olunacaq.

Konsert proqramını Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov və Türkiyə tərəfdən Rüstem Rahmedov idarə edəcəklər.

Qeyd edək ki, ifaçılar sırasında Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva, Türkiyənin tanınmış opera müğənniləri Güner Erkan, Ece İşcan, Yiğitcan Tatlıoğlu, və Beste Şahin yer alacaq.

# 2873 dəfə oxunub

Oxşar xəbərlər

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər