“Zamanın qanadlarında. Vüqar Əli” - Milli İncəsənət Muzeyində

“Zamanın qanadlarında. Vüqar Əli”  - Milli İncəsənət Muzeyində
11 aprel 2026
# 12:15

Azərbaycan Milli İncəsənət Muzeyində müasir təsviri sənətin tanınmış nümayəndəsi, Əməkdar rəssam Vüqar Əlinin əsərlərindən ibarət “Zamanın qanadlarında. Vüqar Əli” adlı sərgi açılıb və eyniadlı kitabın təqdimatı keçirilib.

Bu barədə "Kulis"ə Milli İncəsənət Muzeyindən məlumat verilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, dosent Şirin Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova, kitabın müəllifi, ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış ediblər.

Çıxışlarda rəssamın əsərlərində milli-mənəvi dəyərlərin, nağıl motivlərinin və simvolik obrazların xüsusi yer tutduğu vurğulanıb, həmçinin rəssam haqqında Sevil Kərimova tərəfindən yazılmış monoqrafiyanın əhəmiyyəti qeyd olunub. Azərbaycan və ingilis dillərində hazırlanmış nəşrdə rəssamın obrazlar sistemi, simvolik dili və plastik ifadə vasitələrinin milli-mədəni kodlarla əlaqələndirərək daha geniş kontekstdə təqdim olunduğu bildirilib.

Sonda Vüqar Əli çıxış edərək sərginin və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, rəssamın 40-a yaxın əsərinin nümayiş olunduğu sərgi aprelin 15-dək davam edəcək.

# 1428 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər