“Zamanın nəfəsi xalq sənətində”: Azərbaycanın irsi Almatıda

“Zamanın nəfəsi xalq sənətində”: Azərbaycanın irsi Almatıda
2 sentyabr 2026
# 15:30

Sentyabrın 4-də Almatı şəhərində fəaliyyət göstərən Qazaxıstan Milli Mərkəzi Muzeyində görkəmli alim, xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, sərgi Azərbaycan və Qazaxıstan Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Qazaxıstan Milli Mərkəzi Muzeyinin təşkilatçılığı ilə keçiriləcək.

Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası əsasında hazırlanmış ekspozisiyada XIX–XX əsrlərə aid sənət nümunələri təqdim olunacaq.

Sərginin əsas hissəsini xalqımızın zəngin milli irsinin regional xüsusiyyətlərini və bədii müxtəlifliyini əks etdirən Quba, Bakı, Şirvan, Qarabağ, Qazax və Gəncə xalçaları təşkil edəcək. Ekspozisiyada “Pirəbədil”, “Qabıstan”, “Suraxanı”, “Faxralı”, “Salahlı”, “Xanlıq” və “Mir” xovlu xalçaları, həmçinin kilim, şəddə, vərni və zili kimi xovsuz xalçalar yer alacaq.

Ekspozisiyanın xüsusi bölməsində Azərbaycan Milli Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllifi olduğu eskizlər, eləcə də “İkinci bahar” və “Xətai” xalçaları təqdim ediləcək.

Xalça sənətinin müxtəlif istiqamətlərini nümayiş etdirən sərgidə məfrəş, xurcun, çul kimi xalça məmulatları, eyni zamanda, bədii tikmə, zərgərlik və bədii metal nümunələri, milli qadın geyimləri də yer alacaq.

“Zamanın nəfəsi xalq sənətində” sərgisi Azərbaycanın zəngin mədəni irsi, xalq sənətinin çoxəsrlik ənənələri və tarixi inkişafı haqqında ziyarətçilərdə dolğun təsəvvür formalaşdıracaq.

Bir ay davam edəcək sərgi çərçivəsində Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunacaq.

# 569 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər