Yuxularının rəsmini çəkən rəssam - Əgər belə də ola bilərsə, niyə olmasın?

Yuxularının rəsmini çəkən rəssam - Əgər belə də ola bilərsə, niyə olmasın?
23 aprel 2025
# 12:15

Kulis.az Bruno Pontirolinin yaradıcılığı haqqında yazını təqdim edir.



Sürreal fırça

Fransız sürrealist rəssam Bruno Pontiroli deyib ki: “Məqsədim gündəlik həyatın dar qəliblərini alt-üst edərək, insan təxəyyülünü silkələmək və ən adi obrazları belə, tanınmaz hala salıb insanlara yeni baxış bucağı bəxş etməkdir”.

Absurdun estetikası

Bruno Pontirolinin rəsmlərində tanış simvollar öz yerini tamamilə təccüblü və anlaşılmaz mənzərələrə verir. Onun təsvir etdiyi heyvanlar qeyri-real bədən quruluşuna malik olur. Bu qəribəliklər ilk baxışda kabusa bənzəyən təsir bağışlasa da, onları seyr etməkdən doymaq olmur. Pontiroli deyir: “Şəkillərimdə tanınan canlıları təhrif etməklə onları yenidən yaradıram”.

Ziddiyyətlərin uyğunluğu

Pontiroli öz əsərlərində reallığın fiziki və anatomik qanunlarını tamamilə pozur. Onun işi insan beynində oturuşmuş, tanış obrazları dəyişməklə insanı yenidən düşünməyə vadar etməkdir. Rəssamın hər tablosu sual doğurur: “Əgər belə də ola bilərsə, niyə olmasın?"
Bu yanaşma onu klassik sürrealist sənətkarlarla bir sıraya qoyur. O, özü Salvador Dalidən, Rene Maqrittdən və Rembrandtdan ilhamlandığını söyləyir.

Ən zəhlətökən sual

Rəssamın dediyinə görə, tez-tez “Bu rəsmdə nə demək istəyirsiniz?” sualına rast gəlir, lakin bu suala cavab verməkdən qəti şəkildə imtina edir. Pontiroliyə görə, onun rəsmləri haqda hər bir tamaşaçı özü fikir formalaşdırmalıdır. Onun fikrincə, bu düşüncə forması insanın daxilindəki uşaq təxəyyülünü oyatmaq üçün ən yaxşı vasitədir.

Graffitidən qalereyaya uzanan yol

Pontiroli rəssamlıq yoluna küçə sənəti ilə başlayıb. Gecələr o, polisdən gizlənərək körpülərə və metro qatarlarına graffiti çəkirmiş. Bu illəri həyatının ən əyləncəli dönəmi hesab edir. Daha sonra klassik rəsmi öyrənmək üçün açıq seminarlarda iştirak etməyə başlayır və yağlı boya ilə işləməyi öyrənir.

Yuxuların rəsmi

Onun yaradıcılığında yuxular xüsusi yer tutur. Özünün dediyinə görə, rəssam səhərlər oyanan kimi gördüyü qəribə yuxuları qeyd edir və sonradan "onların rəsmini çəkir".
Pontiroli hansısa psixotrop maddələr qəbul etdiyini deməsə də, bu cür yuxugörmələrini zarafatla "peşə sirri" adlandırıb.

# 2100 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər